Sarab-Ocan yolunda ağır qəza baş verib

2021-01-18 13:17

Qeyri-standart yollar can almaqda davam edir.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan əyalətinin “Təcili Yardım” mərkəzinin sözçüsünün mətbuata verdiyi açıqlamaya görə, bu gün səhər saatlarında Sarab-Ocan(Bostanabad) yolunda, Duzduzan bölgəsində baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

 

Vəhid Şadiniyanın dediyinə görə, iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sərnişinləri 4 yaşlı qız uşağı və onun 35 yaşlı valideyinləri yerindəcə dünyalarını dəyişiblər. Başqa avtomobilin ağır yaralanan 2 sərnişini isə Ocan şəhərinin “Şəhriyar” xəstəxanasına köçürülüblər.

 

Yollların təhlükəsizlik qaydalarına uyğun olmaması faktoru və avtomobillərin qeyri-standart olmaası hər il minlərlə insanın həyatına son qoyur.

 

Bir müddət öncə İran Parlamentinin İctimai Komitəsinin rəhbəri “qəzaların əsas amilinin keyfiyyətsiz avtomobillər olduğu”nu bildirmişdi. O, “daxili avtomobil istehsalının monopoliya edildiyini, xaricdən gətirilən avtomobillərin rüsumunun çox olmasını əhalini keyfiyyətsiz “Pride” avtomobillərinə üstünlük verməyə sövq etdiyini” demişdi.

 

Şərqi Azərbaycanın Ədli Tibb Baş dirrektorunun verdiyi açıqlamaya görə, cari ilin (günəş ili) ilk 6 ayında əyalətdə avtomobil qəzaları nəticəsində 423 nəfər dünyasını dəyişib.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbriz avtomobil zavodunda tətil: Fəhlələr əmək haqqının ödənilməsini tələb edir-FOTOLAR

2021-04-20

gun az article

Qəzvində koronavirus fəlakəti: “Britaniya ştammı” sürətlə yayılıb, xəstəxanalarda çarpayı çatışmır

2021-04-20

gun az article

Ərdəbildə güclü yanğın: Ölənlər var-FOTO

2021-04-20

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmazlığı yaranıb

2021-04-20

gun az article

Ərdəbildə etiraz aksiyası: İşsiz müəllimlər Təhsil İdarəsinin qarşısına toplaşdı

2021-04-20

gun az article

Tehranda Türkiyə əleyhinə şüarlar asıldı: Ermənilər qondarma soyqırımla bağlı geniş hazırlıqlara başladı-FOTOLAR+VİDEO

2021-04-20

gun az article

GünazTV April.19.2021: PARLAQ GƏLƏCƏK: İran’da Keçiriləcək Seçkilər, Seçkilər və Güney Azərbaycan

2021-04-20

gun az article

Urmulu milli fəal Salar Tahir Əfşar saxlanıldı

2021-04-19

gun az article

Tikantəpənin sərvətləri talanır: Bölgənin icra hakimi mərkəzi hökuməti sərt tənqid etdi

2021-04-19

gun az article

Qarabağa görə saxlanılan güneyli fəallar Babək Kiyumərsi və Səid Sultani istintaqa çağırılıb

2021-04-19

gun az article

Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Mehdi Şəhriyari koronavirusa yoluxub

2021-04-19

gun az article

Ərdəbilli boksçudan uğur: Dünya çempionatında litvalı rəqibini məğlub etdi

2021-04-19

gun az article

Təbrizli millət vəkili təzyiqlərdən danışdı: "Mənə dedilər ki, həbs olunmaq istəmirsənsə bu barədə danışma"

2021-04-19

gun az article

Güney Azərbaycanda əməliyyat: İki əyalətdə külli miqdarda narkotik maddə ələ keçdi

2021-04-19

gun az article

İranda mollanın döyülmə görüntüsü geniş rezonans doğurdu-VİDEO

2021-04-18

gun az article

Asiya Çempionlar Liqasında yarışan "Traxtur" yenə rəqiblə bərabərə qaldı

2021-04-18

gun az article

Muxtar İbrahimi ilə görüş; "Radio Fərda" həftəlik qonaq verilişini güneyli milli-mədəni fəala həsr edib+VİDEO

2021-04-18

gun az article

Milli fəal Əlirza Fərşiyə məzuniyyət hüququndan istifadəyə icazə verilmir

2021-04-18

gun az article

Beynəlxalq Əfv Təşkilatından İran hökumətinə ÇAĞIRIŞ: "Əlirza Fərşini azad edin"

2021-04-18

gun az article

Sərəskənd məktəbləri yararsız durumdadır: Şagirdlər təhlükəli sinif otaqlarında təhsil alır

2021-04-17