Azərbaycan tarixi abidələri və mədəni irsinə qarşı laqeyd münasibətin davamında Sarab şəhəri yaxınlığında yerləşən 3 min illik tarixi “Kültəpə” məzarlığı dağıdılıb.
Gunaz.tv
Tarixi Kültəpə məzarlığı və təpəsi Sarab şəhərinin 30 kilometrəliyində, “Uşuşan” kəndi ərazisində yerləşir. Eradan əvvəl birinci min illiyə ayid olan tarixi yer çox sayda tarixi deyilən baş daşları ilə tanınır.
Bu tarixi bölgə Azərbaycanın bir çox bölgə və abidələri kimi hökumətin qayğısından qıraqda qalaraq tarixi, antik əsərlər axtaranlar tərəfindən qanunsuz qazıntılara məruz qalıb.
Bunun nəticəsində çox sayda tarixi əsər yağmalanıb və onlarla məzar dağıdılıbdır.
“Balbal” adlanan qəbir daşları türklərin neçə min öncədən dövlət başçıları, tanınmış şəxsiyyətləri və döyüşçülərinin məzarı üstündə quraşdırdıqları anıt daşları sayılır.
Bu anıt daşlarına türk dünyasının bir çox bölgələrində, Şərqi Türküstandan Macaristana qədər uzanan bir coğrafiyada rast gəlmək olar.
Xiyavın (Meşgin) tarixi “Şəhər Yeri”ndə onlardan çox sayda nümunələr mövcuddur.
Bu haqda daha öncələr GünAz tv-dən yayınlanan qısa sənədli filmdə bu baş daşlarından və “Şəhər yeri”ndən danışılır.
C.E