SON XƏBƏRLƏR

Sarabda saxlanılan fəallar müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Sarabda saxlanılan fəallar müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: 2018-ci il dekabrın 31-də Sarab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı fəallar Səhənd Məali, Vəhid Nurməhəmmədi, Məhəmməd Rəncbər və Heydər Müzəyyən müvəqqəti sərbəst buraxılıb.

 

“Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd görtərmək” kimi qondarma ittihamla üzləşən fəallar yanvarın 2-də mülki vəsiqə qarşılığında azad edilib.

 

Məlumata görə, Səhənd Məalinin müvəqqəti azadlığa buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə girov qoyulub. Vəhid Nurməhəmmədi və Məhəmməd Rəncbər isə bundan əvvəl oxşar dosyeləri olmadığı üçün yazılı öhdəlik götürərək sərbəst buraxılıb.

 

Sarab İnqilab Məhkəməsi tərəfindən zindana göndərilən mühəndis Heydər Müzəyyən isə 15 milyon tümənlik mülki vəsiqə qarşılığında Sarab həbsxanasından azad edilib.

 

Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar