SON XƏBƏRLƏR

Sarabda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür – VİDEO

2021.10.20, 07:36
Sarabda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür – VİDEO

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələ bölgəsində olduqca ağır vəziyyət hökm sürür, aradan təxminən 10 gün keçməsinə baxmayaraq təbii fəlakətdən zərərçəkənlərin problemləri heç bir şəkildə həll olunmur.

 

Miyana və Sarab məntəqəsində baş verən zəlzələnin bölgəyə vurduğu ziyan bir çox kənddə hesablanmayıb, hətta bəzi kəndlərdə zəlzələnin baş verdiyi barədə mediada xəbər belə yayılmayıb.

 

Bozquş dağı ətəyində yerləşən bir çox kənddə vəziyyətin dözülməz həddə olduğu bildirilir.

 

Mal-qaralarının tələf olduğundan narahat olan kənd əhalisi qalan mal-qaralarının soyuqdan tələf olacağından nigarandır. Məlumata görə, bölgədə mal-qaranı soyuqdan qorumaq üçün heç bir şərait yoxdur.

 

Zəlzələdən sonra soyuq hava şəraitində çadırlarda gecələyən insanlar hökumətə etiraz bildirir. Onlar dövət məmurlarının bölgəyə gəlib şəkil çəkdirib və yalan vədlər verməkdən başqa heçnə etmədiklərini bildirir.

 

Azərbaycan şəhərlərindən göndərilən bütün yardımlara baxmayaraq bölgədə hələ də tibbi ləvazimat, ərzaq məhsulları və qızınmaq vasitələrinə ehtiyac var.

 

Aşağıdakı videolarda Sarabın Ərdaha və daha bir kəndində zəlzələdən zərərçəkənlərin problemləri dilə gətirilib.

 

https://www.youtube.com/watch?time_continue=56&v=En_OknMShhM&feature=emb_logo

 

 

https://www.youtube.com/watch?time_continue=85&v=BObspYO4reU&feature=emb_logo

 

 

Noyabrın 8-də Şərqi Azərbaycanda təxminən 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab şəhərlərində bir çox kənddə evlər dağılıb, çox sayda ölən və xəsarət alanlar olub. Deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Dövlətin zəlzələdən zərərçəkənlərə göndərdiyi yardım olduqca yetərsizdir, insanların zəruri ehtiyaclarını ödəmir. Təbii fəlakət bölgəsinə ən çox yardım göstərən yenə də Güney Azərbaycan əhalisi olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar