SON XƏBƏRLƏR

Sarkozi gəmidə oturub, gəmiçi ilə dava edir.Fransa prezidenti İsrail parlamentində Fələstinə müstəqillik istədi

2021.10.20, 07:36
Sarkozi gəmidə oturub, gəmiçi ilə dava edir.Fransa prezidenti İsrail parlamentində Fələstinə müstəqillik istədi

Gunaz.tv
Sarkozi gəmidə oturub, gəmiçi ilə dava edir Fransa prezidenti İsrail parlamentində Fələstinə müstəqillik istədi Fransa prezidenti Nikola Sarkozi xanımı Karla Bruni ilə birgə İsrailə gəlib. Bu ölkənin prezidenti Şimon Peres ilə görüşən Sarkozi bildirib ki, İsrailin təhlükəsizliyinin əsas qarantı müstəqil Fələstin dövlətinin yaradılmasıdır. O, həmçinin əlavə edib ki, İsrail hökuməti Şərqi Qüdsdə və İordan çayının Qərb sahilində bir sıra tikintilər aparmaqla səhvə yol verir. İsrail-Fələstin probleminə toxunan Fransa prezidenti Təl-Əvivin siyasətini tənqid etməkdən çəkinməyib. N.Sarkozi hesab edir ki, fələstinlilərin də dövlət qurmaq hüququ var və İsrailin təhlükəsizliyi müstəqil Fələstin dövlətinin qurulması ilə təmin oluna bilər. Onun fikrincə, fələstinli qaçqınların problemi həllini tapmadan və İsrailin İordan çayının Qərb sahilində apardığı məskunlaşdırma siyasətinə son qoyulmadan sülhə nail olmaq mümkün deyil: "Qüdsü iki dövlətin paytaxtı kimi tanımaq sülhün əsas şərtidir". Qeyd edək ki, N.Sarkozi Fransua Mitterandan bəri (1982-ci il) İsrail parlamentində çıxış edən ilk Fransa prezidentidir. İran məsələsi də gündəmdə olub. Sarkozi Knessetdəki çıxışında bildirib ki, İsrailin mövcudluğuna hər hansı təhlükə yaranarsa, Fransa bu ölkəni müdafiə edəcək. O, İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu bildirib: "İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək. İsrail yalnız olmadığını bilməlidir". Baş nazir Ehud Olmert isə Fransanın İran təhlükəsilə ilk mübarizlərdən biri olduğunu deyib. Lakin Knessetdə müxalifət lideri Benyamin Netanyahunun çıxışı qalmaqallı olub. "Müasir islam fundamentalizmi" barədə sərsəm fikirlər səsləndirən eks-baş nazir onu kommunizm və nasizmlə eyniləşdirib. Bu isə parlamentdə təmsil olunan ərəb deputatları qəzəbləndirib. Onlar Netanyahunu "faşist" adlandırıblar. Bütün bu söz davası isə Sarkozinin gözü qarşısında yaşanıb. "Nezavisimaya qazeta"nın yazdığına görə, Sarkozinin gözlənilməz bəyanatlar verməsinə baxmayaraq, onu Knessetdə çox isti qarşılayıblar. Spiker Daliya İçik ər-arvada çox nəfis bir şərab şüşəsi və Qüdsdə düzəlilmiş qiymətli şamdanlar hədiyyə edib. Fransa liderinin səfərinə yəhudi mətbuatı da geniş yer ayırıb. Əsas diqqət isə Karla Bruniyə yönəlib. Qadınlara qarşı xoş rəftarı ilə tanınan 84 yaşlı İsrail prezidenti Şimon Peres Fransanın birinci ledisinə xüsusi diqqət ayırıb. Rəsmi qəbula isə öz arvadını belə çağırmayıb. Bəlli olduğu kimi, dövlət başçısının ailəsinə olan münasibəti İsrail mətbuatında uzun sürən müzakirə mövzusu olub. "Ediot axronot" qəzeti Bruninin geyim əşyalarının qiymətini dərc edib. Məsələn, Karlanın çantası 1200, ayaqqabısı 650, paltarı isə 2500 dollar civarında qiymətləndirilib. Bruninin səfərinə mətbuatda diqqət o qədər böyükmüş ki, hətta ölkənin əsas telekompaniyalarından birinin xəbər başlığı belə olub: Bruni əri ilə birlikdə İsrailə gəlib. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar