Savada türkcə lövhə sökülüb

2020-09-01 12:37

Tanınmış türk şairi Telimxanın dünyaya göz açdığı Mərəğey kəndinin girəcəyindəki türkcə lövhə sökülüb.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, Sava bölgəsində yerləşən kəndin girəcəyindəki lövhə naməlum şəxslər tərəfindən sökülərək zədələnib.

 

Lövhənin üzərində türkcə “Həkim Telimxanın kəndinə xoş gəlibsiz” yazılmışdı. 

 

Sözügedən lövhə 2009-cu ildə yerli əhali və kənd şurası üzvlərinin təşəbbüsü ilə hazırlanaraq kəndin girəcəyində quraşdırılmışdı.

 

Mərəğey kəndi Mərkəzi əyalətinin Sava bölgəsinin Novbəran vilayətində yerləşir. Hər il avqustun 21-də çox sayda insanın iştirakı ilə bu kənddə Telimxanın (1763-1831) anım mərasimi keçirilir.

 

Qeyd edək ki, Telimxanın şeirləri Cənubi Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Sava, Qum, Həmədan, Qəzvin və Zəncanda dillər əzbəridir. Telimxanın əsərlərinin, xüsusilə də şifahi xalq ədəbiyyatı formalarında yazdığı qoşma, gəraylı və təcnislərinin geniş kütlələr arasında yayılması onun əsl xalq şairi olduğunu sübut edir.

 

Bəzi Tədqiqatçılar onun yaradıcılığında Molla Pənah Vaqif və Məxtumqulu Fəraqinin təsiri olduğunu qeyd etmişlər.

 

Sava türklərindən olan rəhmətlik Əli Kəmali, Telimxanın on min beytə yaxın şerini toplamış və bir divan halına gətirib çapa hazırlamışdı.

 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19