SON XƏBƏRLƏR

Savalan dağında saxlanılan fəallar Lari (Lahrud) şəhərinin təcridxanasına aparılıb

2021.10.20, 07:36
Savalan dağında saxlanılan fəallar Lari (Lahrud) şəhərinin təcridxanasına aparılıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, avqustun 9-da Savalan dağına çıxmaq istəyən onlarla azərbaycanlı fəal dağın ətəyindəki düşərgədə (pənahqah) təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Fəallar qeyd olunan məkana toplaşaraq mərasim keçiriblər. Mərasimdə şeir oxunub, çıxış edilib və gənc musiqiçi Aysuda Məhəmmədpurun ifasında aşıq mahnıları səsləndirilib.


Məlumata görə, mərasim başa çatdıqdan sonra avqustun 10-u yerli vaxtla saat 3:30-da polis əməkdaşları bir çox mülki geyimli məmurla birlikdə milli-mədəni fəalların toplaşdığı məkana hücum çəkərək onları yaxalayıb.

 

Fəalların yaxalanarkən polis əməkdaşları tərəfindən döyüldüyü bildirilir. Hadisənin şahidləri hücum nəticəsində bir neçə fəalın yaralandığını ehtimal edir.

 

Saxlanılan fəallardan biri ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Meşginşəhr yaxınlığında yerləşən Lari (Lahrud) şəhərinin təcridxanasına aparıldıqlarını bildirib.

 

 Bəzi mənbələr təxminən 40 fəalın saxlandığını bildirir, lakin onlardan hələlik bir neçəsinin kimliyi müəyyən edilib:

-        Aydın Zakiri

-        Tohid Əmir Əmini

-        Saleh Piçqanlu

-        Rza İbrahimi

-        Rəhim Noruzi

-        Muctaba Pərvin

-        Mustafa Pərvin

-        Yusif Kari

-        Mehdi Huşmənd

-        Babək Nikzad

-        Yunis Şokri

-        Cavad Şokri

-        Hüseyn Savalan

-        Məhəmməd Qohumzadə

-        Rəsul Qohumzadə

-        Əhməd Məhəmmədpur

-        Elman Məhəmmədpur

-        Aysuda Məhəmmədpur

-        Əhməd Məhəmmədpurun baldızı

Və...

 

Saxlanılan fəalların vəziyyəti haqda geniş məlumat yoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar