SON XƏBƏRLƏR

“Savalan İgidləri” Nəşriyyatının “Şiraz kitab sərgisi”ndə iştirakına icazə verilməyib

2021.10.20, 07:36
“Savalan İgidləri” Nəşriyyatının “Şiraz kitab sərgisi”ndə iştirakına icazə verilməyib

Gunaz.tv

GünAz TV: İran rejimi Təbrizin “Savalan İgidləri” Nəşriyyatının “Şiraz kitab sərgisi”ndə iştirak etməsinə icazə vermərib.

 

330 nəşriyyatın qatıldığı sərgi Şirazın Gülüstan şəhərciyində keçirilir. Sərgi noyabrın 24-dən fəaliyyətə başlayaraq bir həftə davam edəcək.

 

“Savalan İgidləri” Nəşriyyatı Şirazdakı Qaşqay türklərini də nəzərə alaraq sərgiyə qatılmaq üçün bir ay cəhd göstərib, lakin bu mümkün olmayıb.

 

Sərginin müdir-məsulu Əmmar Əhmədinin dediyinə görə, onlar 178 türk dilində olan yeni kitabla sərgiyə qatılmaq istəyiblər. Tarix, mədəniyyət, ədəbiyyat, mifologiya və antropologiya sahəsinə aid olan kitabların 93 cildi böyüklər, 85 cildi isə uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuşdur.

 

“Kitabları hazırladıqdan sonra noyabrın 16-da əlaqə saxlayaraq məlum olmayan səbəbə görə “Savalan igidləri” Nəşriyyatının sərgidə iştirak etmək icazəsinin olmadığını bildirdilər”- deyə Əmmar Əhmədi qeyd edib.

 

“Savalan igidləri” Nəşriyyatı bundan əvvəl də Çahar-Mahal Bəxtiyari, İsfahan və Gilan əyalətlərində keçirilən kitab sərgilərinə buraxılmamışdır.

 

Ötən aylarda isə “Təbriz Beynəlxalq Kitab Sərgisi”ndə “Kirpi” türk dili kitabları pavilyonu və “Tehran Beynəlxalq Kitab Sərgisi”ndə “Azər türk” Nəşriyyatının fəaliyyətinə mane olmuşdular. Bir qrup fars irqçisi Tehranda keçirilən sərgidə “Azər türk” pavilyonuna hücum çəkərək “türk” sözünün üstünə xətt çəkib və Azərbaycan türk millətinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bu hadisə təhlükəsizlik qüvvələrinin gözü qarşısında baş vermişdir.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar