SON XƏBƏRLƏR

Savalan zirvəsində güney azərbaycanlı siyasi məhbuslara dəstək verən banner asılıb

2021.10.20, 07:36
Savalan zirvəsində güney azərbaycanlı siyasi məhbuslara dəstək verən banner asılıb

Gunaz.tv

GünAz TV: Son zamanlar Güney Azərbaycanda milli-mədəni fəallara qarşı təzyiqlər yeni vüsət alıb.

 

Rejimin bu hərəkəti soydaşlarımızın kəskin etirazına səbəb olub.

 

Bu istiqamətdə bir qrup güney azərbaycanlı milli-mədəni fəal Savalan dağı zirvəsinə çıxaraq azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən banner nümayiş etdiriblər.

 

Fəallar bu şəkildə güneyli milli-mədəni fəalların qondarma ittihamlarla saxlanması və onlara qarşı ağır məhkəmə hökmlərinin çıxarılmasına etiraz bildirib.

 

Ərdəbil şəhərindən olan fəallar tərəfindən nümayiş etdirilən bannerdə “Azərbaycanın siyasi məhbuslarını azad edin” şüarı yazılıb.

 

Ötən aylarda Təbriz, Urmiyə, Ərdəbil, Muğan, Meşginşəhr, Mərənd və daha bir neçə şəhərdə divarlara müxtəlif şüarlar yazılaraq İran zindanlarında məhbus həyatı yaşayan güney azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması tələb olunub.

 

Azərbaycanlı fəallar, o cümlədən Abbas Lisaninin dinc və mədəni mübarizəyə görə saxlandığı ötən günlərdə BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanın insan hüquqları mövzusunda təqdim etdiyi hesabatda da qeyd olunub. BMT nümayəndəsi hazırladığı hesabatda azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar