SON XƏBƏRLƏR

Saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri məhkəmə qarşısına toplaşıb – Təbrizdə

2021.10.20, 07:36
Saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri məhkəmə qarşısına toplaşıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Son vaxtlar saxlanılan bir qrup güney azərbaycanlı fəalın ailə üzvləri Təbrizdə məhkəmə (dadsəra) binasının qarşısına toplaşaraq yaxınlarının vəziyyəti barədə məlumat verilməsini tələb ediblər.

 

Yanvarın 14-də fəalların ailə üzvlərindən ibarət təxminən 30 nəfər yığıncağa qatılıb.

 

Məhkəmə məsulları cavab vermək yerinə onları sayqısızlıq edərək məhkəmə binsından çölə çıxarıblar. “Saxlanılanlarla bağlı araşdırma aparılır. Onlar dosyeləri təkmilləşənə qədər saxlanılacaq.”- deyə soydaşlarımıza bildirilib.

 

Sonda fəalların ailə üzvləri təhdid edilərək kobud şəkildə məhkəmə binasından uzaqlaşdırılıb.

 

Bu arada soydaşlarımızdan bir neçəsi məhkəməyə gətirilən Yaşar və Ruzbeh Pirini görüb. 5 qondarma ittihamla üzləşən Piri qardaşlarının təcridxanadan məhkəmə iclasına gətirildiyi bildirilib.

 

 

Təbriz Azad Universitetinin məzunu olan Yaşar Piri hüquq ixtisası üzrə təhsil alıb. Ruzbeh Piri isə kompüter mühəndisidir, o hazırda hüquq ixtisası üzrə təhsil alır.

 

Məhkəməyə müraciət edən soydaşlarımızın sözlərinə görə, azərbaycanlı fəallardan olan Əkbər Mühaciri hazırda Təbriz zindanının təhlükəsizlik bölümündə saxlanılır. Onun ağır cismi və psixoloji işgəncələrə məruz qaldığı bildirilir.

 

 

Təəssüflər olsun ki, hələlik Ettelaat İdarəsində saxlanılan azərbaycanlı fəallar barəsində hər hansı məlumat yoxdur. Bu vəziyyət onların ailəsinin nigaranlığına səbəb olub.

 

Son vaxtlar İran rejimi azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Fəallar müxtəlif şəhərlərdə saxlanılır və qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılaraq ağır həbs cəzası ilə üzləşirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar