SON XƏBƏRLƏR

Şəbistərdə iş yerində baş verən qəzada iki nəfər həlak olub

2021.10.20, 07:36
Şəbistərdə iş yerində baş verən qəzada iki nəfər həlak olub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda iş yerlərində ölümlə nəticələnən qəzaların ardı-arası kəsilmir.

 

Martın 26-da Şəbistər şəhərində iş yerində baş verən qəzada iki fəhlə həyatını itirib.

 

Məlumata görə, bədbəxt hadisə fəhlələr Şəbistərlə Vayqan qəsəbəsi arasında qazılan kanalda su borularını quraşdırarkən baş verib.  

 

Ölümlə nəticələnən hadisəyə Şəbistər Qızıl Aypara Cəmiyyətinin rəisi Tağı Xəbbazi münasibət bildirib.

“Təəssüflər olsun ki, iki fəhlə kanalda qazıntı işləri apararkən torpaq uçqunu olub. Bundan dərhal sonra hadisə yerinə xilasedici qrup göndərilib. Onlar bir neçə saat səydən sonra fəhlələrin cansız bədənini uçqun altından çıxarıb.”- deyə o bildirib.

 

Tağı Xəbbazi həlak olan fəhlələrin meyitlərinin ailələrinə təhvil verildiyini qeyd edib.

 

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə sonuncu ölkələr sırasındadır. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar