SON XƏBƏRLƏR

Şəbistərin millət vəkili seçkilərdə səs verməyənləri təhdid edib – VİDEO

2021.10.20, 07:36
Şəbistərin millət vəkili seçkilərdə səs verməyənləri təhdid edib – VİDEO

Gunaz.tv

GünAz TV: Şəbistərin İran parlamentindəki millət vəkili parlament seçkilərində iştirak etməyən məntəqə əhalisini  hədələyib.

 

Şəbistərdən yayılan bir videoda Məsumə Ağapur Əlişahi cümə namazından sonrakı çıxışında seçkilərə qatılmayanları açıq-aşkar təhdid edib. O bildirib ki, Seçkidə səs verməyən və buna laqeyd olanlar daha etiraz da edə bilməzlər. Səsvermədən imtina edərək başqalarının qərar verməsinə imkan yaradanlar, indi başlarını aşağı salmalı və susmalıdır.  Əks halda mən özüm onları susduraram!

 

Qeyd edək ki, Məsumə Ağapur Əlişahi seçki fəallığının çox aşağı olduğu bir seçkidə parlamentə seçilib. Onun dediyinə görə Şəbistər məntəqəsinin əksər əhalisi 4 il müddətində heç bir hadisəyə etiraz etməməlidir.

 

https://www.youtube.com/watch?time_continue=3&v=lQDsKwsEtyQ

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar