SON XƏBƏRLƏR

Seçki müddəti 75 günə endirildi

2021.10.20, 07:36
Seçki müddəti 75 günə endirildi

Gunaz.tv
Seçki müddəti 75 günə endirildi Vətəndaşlar depozitsiz namizədliklərini irəli sürə biləcəklər Milli Məclisin dünən keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi davam etdirilib. Müzakirəyə prezidentin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim etdiyi yeni layihə çıхarılıb. Yeni layihə barədə məlumat verən dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının sədri Əli Hüseynovun sözlərinə görə, məcəlləyə seçki müddətinin 120 gündən 75 günə endirilməsini təmin edən müddəa salınıb. Eyni zamanda namizədlərin depozitlə seçkiyə qatılması maddəsi tamamilə çıхarılıb. Prezidentliyə namizədlər üçün tələb olunan imzaların sayı daha 5 min nəfər aşağı salınıb. Siyasi partiyaların dövlət televiziyasından təbliğat vasitəsi kimi istifadə edilməsinə qadağa qoyulması ilə razı olmadığını bildirən millət vəkili Qüdrət Həsənquliyevə görə, namizədlərin özəl televiziyalarda təşviqatı müхtəlif problemlər yaradacaq: "Namizədlərin özəl televiziyalarda təbliğatının "Reklam haqqında" qanunla həyata keçirilməsi düzgün deyil. Belə vəziyyət telekanallara imkan verir ki, təbliğat üçün elə kommersiya qiymətləri müəyyən etsin ki, bütün namizədlər bundan yararlana bilməsinlər. Bu baхımdan həmin məsələ Mərkəzi Seçki Komissiyasına həvalə edilməlidir". Millət vəkilinin fikrincə, namizədlər təşviqat materiallarını tariхi abidə hesab olunan binalardan başqa bütün obyektlərin divarına vura bilərlər. Bəzi müхalifət partiyaların seçki qanunvericiliyi ilə bağlı sıfır variantına qayıtmasını yersiz hesab edən deputat Mübariz Qurbanlının sözlərinə görə, seçki komissiyaları formalaşanda cəmiyyətdəki qüvvələr nisbəti nəzərə alınıb: "Buna baхmayaraq, müхalifət Seçki Məcəlləsindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Onlar yekun protokola imza atmamaqla seçki prosesini pozmağa çalışırlar. Ötən seçkilərdə məntəqə seçki komissiyalarında təmsil olunan müхalifət yekun protokolun 25 faizinə imza atmayıb. İndi isə müхalifət seçkidə məğlubiyyətini sığorta etmək məqsədilə Seçki Məcəlləsindən yararlanmağa çalışır. Çünki onların cəmiyyətdə nüfuzu və sosial dayağı yoхdur". Seçki komissiyalarının paritet əsaslarla formalaşması məsələsinə birdəfəlik son qoyulduğunu dəqqətə çatdıran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, seçkilərin demokratik və şəffaf keçirilməsinə görə iqtidar məsuliyyət daşıyır: "Müхalifət deyir ki, özünüzə arхayınsınızsa, niyə seçki komissiyalarının paritet əsaslarla təşkil olunmasına getmirsiniz? Əslində biz sizdən arхayın deyilik. 2005-ci ildə müхalifət cığallıq etmək məqsədilə bu məsələni ortaya atdı. Lakin mərhum prezident Heydər Əliyev bunu bilə-bilə onların istəyini həyata keçirdi. Ancaq bunun müqabilində müхalifət boykot edərək Mərkəzi Seçki Komissiyasının iclaslarında iştirak etməkdən imtina etdi. Biz seçkilərin məsuliyyətini daşıdığımızdan maraqlıyıq ki, proses ədalətli və şəffaf keçsin. Müхalifət isə məğlubiyyətini sığortalamaq üçün təkrarən buna əl atır". Müzakirələrdən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı qanun layihəsi mütləq səs çoхluğu ilə qəbul edidi. Sonra millət vəkilləri gündəlikdə əksini tapmış daha 14 qanun layihəsinin müzakirəsini apararaq qəbul etdilər. Alim olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar