Seçkinin ilkin nəticələri elan olunmamış 3 namizəd İbrahim Rəisini təbrik etdi

2021-06-19 10:57

Dünən İranda keçirilmiş prezident seçkilərinin ilkin nəticələri cəmiyyətə açıqlanmasa da, 3 namizəd İbrahim Rəisini təbrik edib.

Gunaz.tv Quote | Gunaz article

Bunlar  Möhsün Rzayi, Əbdülnasir Hemməti və Əmirhüseyn Qazizadə Haşimidir. Sabiq namizədlər ayrı-ayrılıqda, seçkidə qələbə qazanması üçün digər namizəd İbrahim Rəisiyə təbrik mesajları göndəriblər.

Prezident postu uğrunda 4 namizəd, Möhsün Rzayi, İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi və Əbdülnasir Hemməti bir-biri ilə rəqabət aparıblar. 


İyunun 18-də İranda 13-cü çağırış prezident seçkiləri çox sönük və zəif keçirilib. Vətəndaşların seçki məntəqələrindən çəkib sosial şəbəkələrdə yaydığı kadrlardan da göründüyü kimi, ölkədə köklü dəyişikliklərin tərəfdarı olan müxalif siyasi cərəyanların xalqı seçkini boykot etməyə çağırışı uğurlu alınıb.


Seçkidə namizədlərə səs vermək üçün ayrılmış vaxtın bitməsindən 10 saat keçməsinə baxmayaraq, İranın Daxili İşlər Nazirliyi seçkilərin ilkin nəticəsini hələ də yaymayıb. 


Yayılan məlumata görə, bu dəfəki seçkilərdə 59 milyon 310 min nəfər səsvermə hüququna malik olsa da, dünən axşam 19:00-a qədər seçkidə iştirak edib səs verənlərin sayı 10 milyon nəfərə yaxın olub.


Vətəndaşların İbrahim Rəisinin seçki qərargahından çəkib sosial şəbəkələrdə yaydığı bəzi videolarda da Rəisi tərəfdarları ölkənin ən kasıb və yoxsul təbəqəsindən olan vətəndaşları 150 min tümən (təxminən 10 manat) qarşılığında İbrahim Rəisiyə səs verməyi təklif edirlər. 


Ölkənin müxtəlif bölgələrində seçici fəallığının çox sönük keçməsinə baxmayaraq, səsvermə üçün təyin edilmiş vaxt daha iki saat uzadılaraq, bu gün saat 02:00-a qədər davam edib. 


Səsvermənin yekun nəticələrinin isə sabah (şənbə) günorta saatlarına qədər elan ediləcəyi bildirilir.

gun az article

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31