Bu fikiri İraqın keçmiş prezidenti Səddam Hüseynin böyük qızı Rəğd Fevralın 15-də verdiyi müsahibədə deyib.
Gunaz.tv
Onun sözlərinə görə İraqda həqiq hakimiyyətin olmaması İranı bu ölkədə açıq-aşkar müdaxiə etməyə cürətləndirib.
“Ələrəbiyyə” televizyasına müsahibə verən Rəğd Hüseyin İraqı bölgənin balans nöqtəsi və bölgənin müdafiəsində şərq qapısı adlandırıb.
O, atasının hakimiyyət dövrünü iraqlıların ən fəxr ediləsi illəri olduğunu söyləyib. Gələcəkdə ölkəsində siyasi hakimiyyətə gələ biləcəyi haqqında suala Səddamın qızı “hər şey mümkündür, bu zəmində müxtəlif təkliflər irəli sürülüb” deyə cavab verib.
Səddam Hüseynin qızı 2003-cü ildə Amerikanın İraqı işğalından sonra Suriyaya, oradan isə İordoniyaya mühacirət etməyə mcbur oldu.
C.E
