SON XƏBƏRLƏR

Səddamın sarayını kazinoya çevirəcəklər

2021.10.20, 07:36
Səddamın sarayını kazinoya çevirəcəklər

Gunaz.tv
Səddamın sarayını kazinoya çevirəcəklər 20080722115815_1.jpg İraqın keçmiş prezidenti Səddam Hüseynin Babildəki sarayı turist mərkəzinə və kazinoya çevrilə bilər. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, İraqın investisiyalar komitəsi bu məsələ üzərində düşünür. Babil əyalətinin qubernatoru Salem əl-Müslimavinin sözlərinə görə, hazırda Rusiya və Amerika şirkətlərinin təqdim etdiyi iki layihə nəzərdən keçirilir. Qubernator həmin şirkətlərin adlarını açıqlamaqdan imtina etsə də, layihələrdə qədim Babil yaxınlığındakı muzeylərin bərpasının da nəzərdə tutulduğunu vurğulayıb Keçmiş diktatorun sarayı Babil xarabalığının yaxınlığındakı təpədə yerləşir. İraqlı tarixçilər və arxeoloqlar qeyd edirlər ki, sarayın turist sənayesi obyektinə və ya hansısa digər kommersiya müəssisəsinə çevrilməsi xeyir gətirməkdən çox ziyan vura bilər. Çünki Babil ərazisindəki tarixi abidələrin hamısı tədqiq edilməyib və arxeoloji qazıntılar aparılmayıb Bundan əlavə, alimlər bildirirlər ki, turist layihələrinin həyata keçirilməsi Amerika qoşunlarının tarixi abidələrə vurduqları ziyana görə kompensasiya alınmasına mane ola bilər. Qeyd edək ki, İraq üç il əvvəl YUNESKO qarşısında müvafiq məsələ qaldırıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar