SON XƏBƏRLƏR

Səhənd Məali Sarab həbsxanasında saxlanmasının 3-cü ayında

2021.10.20, 07:36
Səhənd Məali Sarab həbsxanasında saxlanmasının 3-cü ayında

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məalinin saxlanmasının 3-cü ayıdır.

 

Fəal mayın 2-də Sarab şəhərinin Hökmləri İcra edən Şöbəsinin məmurları tərəfindən saxlanılıb, o məhkum edildiyi 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına aparılıb.

 

Şahidlərin dediyinə görə, azərbaycanlı fəal saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

 

Səhənd Məali Sarab şəhər sakinidir. O Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar