SON XƏBƏRLƏR

“Səhənd” telekanalı azərbaycanlıların səsini kəsdi – VİDEO

2021.10.20, 07:36
“Səhənd” telekanalı azərbaycanlıların səsini kəsdi – VİDEO

Gunaz.tv

GünAz TV: İranda hökumətin “Səhənd” Telekanalı media qanunlarını pozaraq “Traxtur” futbol komandasının tərəfdarlarının ana dilində təhsil tələbi ilə səsləndirdiyi şüarı senzura edib.

 

Martın 1-i yerli vaxtla saat 15:00-da bu şəhərin “Traxtur” və Tehranın “Peykan” komandaları Təbrizin səhənd stadionunda qarşılaşıb, oyun 0:1 hesabı ilə qonaq komandanın xeyirinə sona çatıb.

 

Ötən görüşlərlə müqayisədə bu görüşdə stadionda izləyici qismində iştirak edənlərin sayı az olub. Stadionda olan təxminən 2000 nəfər “Traxtur” tərəfdarı oyunun 15-ci dəqiqəsində İran Konstitusiyasının 15-ci maddəsinin icrası və ana dilində təhsil tələbi ilə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndiriblər. Lakin aşağıdakı videoda göründüyü kimi hökumət televiziyası azərbaycanlıların qanuni tələbini əks etdirən şüarın səsləndirilməsinə imkan verməyib, gənclərin səsini senzura edərək media qanunlarını pozub.

 

https://www.youtube.com/watch?v=nIgKohEt2CE

 

 

“Səhənd” Telekanalının bu hərəkəti sosial şəbəkələrdə azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

 

Şərqi Azərbaycan Teleradio Şirkətinin məsulları bu ana qədər məsələyə münasibət bildirməyib.

 

İranda qeyri-fars millətlərin, o cümlədən milyonlarla Azərbaycan türkünün ana dilində təhsil alma hüququna qoyulan qadağa uzun illərdir kütləvi etirazlarla qarşılanır. Başda prezident Həsən Ruhani olmaqla hökumət rəhbərliyi vaxtaşırı azərbaycanlıların milli hüquqlarının təmini ilə bağlı ciddi vədlər verir, lakin verilən vədlərin heç biri bu günə qədər yerinə yetirilməyib.

Ötən günlərdə Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü müxtəlif formalarda qeyd olundu, soydaşlarımız türk dilində təhsil tələbi ilə çıxış etdilər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar