Şəhid polkovnik-leytenant Soltan Məmmədovun doğum günü qeyd olunub

2021-07-21 17:45

Yevlax şəhər Şəhidlər xiyabanında Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Soltan Məmmədovun doğum günü münasibətilə tədbir keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Anım mərasimində şəhidin ailə üzvləri, rayon məktəbinin şagird və müəllim kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə mərhumun həyatı və qəhrəmanlığı barədə məlumat verilib.

Qeyd edək ki, Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

Soltan Məmmədov 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə Tağım Komandiri, sonra isə MTT üzrə Tabor Komandirinin müavini vəzifələrində xidmət edib.

2013-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisi vəzifəsində xidmət edən Soltan Məmmədov, qüsursuz xidmətinə görə "mayor" rütbəsi alıb. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Tabor Komandiri vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

Soltan Məmmədov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub, Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanın Yardımlı bölgəsində meşə yanır

2021-08-02

gun az article

Avropada yoluxma sayı 60 milyonu ötdü

2021-08-02

gun az article

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkildi

2021-08-02

gun az article

Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi

2021-08-02

gun az article

Ermənistanda "Delta" ştammı aşkarlandı

2021-08-02

gun az article

Qarabağda daha 4 erməni hərbçinin qalıqları tapıldı

2021-08-02

gun az article

Ermənistanın yeni müdafiə naziri təyin olunub

2021-08-02

gun az article

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

2021-08-02

gun az article

Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib

2021-08-02

gun az article

İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02

gun az article

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2021-08-02

gun az article

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib

2021-08-02

gun az article

"Delta" ştammı İranda təhlükəli hal aldı: Səhiyyə naziri Xamneyidən iki həftəlik qapanma tələb etdi

2021-08-02

gun az article

Gürcüstan azərbaycanlıları rus soyad sonluqlarından imtina edir

2021-08-02

gun az article

İntizam komissiyası deputat Eldəniz Səlimovla bağlı qərar verdi

2021-08-02

gun az article

Piter Teys: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

2021-08-02

gun az article

“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib

2021-08-02

gun az article

Paşinyan yenidən baş nazir seçildi

2021-08-02

gun az article

Parlament çoxluğu Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb

2021-08-02

gun az article

Antoni Blinken: “İsrailin neft tankerinə hücuma görə İran məsuliyyət daşıyır və ona lazımli cavab veriləcək”

2021-08-02