“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17 10:18

Azərbaycan jurnalistlərinin işğaldan azad olunmuş Qarabağ torpaqlarına növbəti səfəri başa çatıb.

Gunaz.tv Quote | Gunaz article

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təşkil edilən səfərdə iştirak etmiş tanınmış jurnalist, “Prime TV Azerbaijan” internet televiziyasının rəhbəri Aygün Muradxanlı təəssüratlarını qələmə alıb.

Onun hazırladığı “Şəhid qəlbi-lalələr” video-reportajı “Prime TV Azerbaijan”da yayınlanıb. 

“1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin çağırışı ilə azərbaycanlıları erməni erməni-bolşevik quldurlarının əlindən xilas edəndən az sonra lalələrlə bağlı bir mahnı meydana gəldi. 

Biz o mahnıdakı lalələri bu gözəl çiçəklərə aid olduğunu düşünürdük, amma o Qafqaz İslam Ordusunun fəsləri idi. İnsanlar onu lalə kimi görürdü”-reportaj lalə Qarabağ təbiətinin vəsfi ilə başlanır.

Bu gözəl təbiəti qanları və canları bahasından yağı düşməndən xilas etmiş şəhidlər yad olunur:

“Füzulidən Cəbrayıla doğru irəlilədikcə təpələrə onların alınmasına igidlik göstərmiş şəhidlərin posterləri vurulub. İşıqlı simaları, gülən gözləri ilə sanki biz məmnunuq mesajını verirlər. 

Biz onları görməsək də, işğaldan azad olunan Qarabağın sahibi də, ilk sakini də, mühafizi də şəhid ruhlarıdır”.

Qarabağa səfər təəssüratlarından danışan Aygün Muradxanlı bu əraziyə səfərin hələ də təhlükəli olduğunu deyir: “Hər mənzildə bizə qətiyyən yoldan çıxmamağı tapşıran ANAMA-lıların üzərinə bu yerlərdə ən çətin iş düşür: torpaqları minalardan təmizləmək. Türkiyəli həmkarları ilə bərabər geniş ərazidə iş aparırlar. 

Səfər etdiyimiz istiqamət üzrə minaların ən çox Füzuli və Cəbrayılda basdırıldığını öyrəndik. Həm piyada, həm də tank əleyhinə minaları ordumuzun önüə sədd kimi çəkib düşmən. 

Bufer zona yaradıb öz aləmində. Lakin türk hərbi zəkasının minillərin sınağından çıxan “Hilal” taktikası yurdumuza ayaq açan düşmənin boynuna ilan kimi sarılıb, bütün hiyləsini öz başında çatlatdı”. 

Qeyd edək ki, səfərdə jurnalistləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşayiət edib.

Qarabağda böyük tikinti-quruculuq işlərinin başlandığını vurğulayan müəllif bildirir ki, minatəmizlənmə əməliyatından sonra taxıl əkilib. Kommunikasiya sistemləri yenidən qurulur, su və elektrik xəttləri çəkilir. 

“Savaş günlərində məşhur “Nə oldu, Paşinyan” ifadəsinin deyilməsinə səbəb olan olduğu yerə çatırıq. Düşmən müharibədn öncə Laçından Cəbrayıla yol çəkməyi düşünürdü. Lakin rəşadətli ordumuz düşmənin bu arzusunu da gözündə qoydu”-deyə, müəllif bildirir. 

Qarabağda ermənilərin talançılıqla məşğul olduğunu, hər şeyi dağıtdığını vurğulayan Aygün Muradxanlı maraqlı məqama toxunur: 

“Kimlərsə deyir ki, ermənilər torpaqlarımızı işğal edəndən sonra İran sərhədi açıb, bu taydan o taya dəmir, daş, qapı-pəncərə satın alıb aparıb. Guya o tay Azərbaycan şəhərlərimizin yağmalanmasında həvəslə iştirak edib. 

Guya yük maşınları sıraya düzülüb. Güneyin Araz qırağı kəndlərində yaşayan soydaşlarımız o talanın iştirakçısı olub. Ağ yalan, düşmən iftirası, qardaşlar arasına inciklik salmaq, inamsızlıq yaratmaq üçün ortaya atılan saxta iddia. 

 

Bilən bilir, bilməyənlərə də deyək. O evləri ermənilər söküb, 100 kilometrlərlə səngər tikiblər. Öz evlərimizin daşından, dəmirindən bizə qarşı qalalar qurublar, “Ohanyan səddi” deyilən o prospekt kimi səngərləri bəs nə ilə qurmuşdu erməni? 

 

Ermənistandan daş, dəmir, taxta daşımışdı Qarabağa?” Müəllif Güney Azərbaycan türklərinin 44 günlük Vətən savaşında daim Azərbaycanın yanında olduğunu vurğulayır: 

“Vətən savaşında İlham Əliyev, “cənab prezident, bizə də sərhəddə bir balaca yol aç gələk, vətən üçün vuruşaq” deyən gəncdir Güney. 

Rusiyadan Ermənistana İran üzərindən silah daşınmasına etiraz üçün 5 şəhəri ayağa qaldıran, Tehranı silkələyən əzizlərimizdir Güney. 

Əsgərimiz Xudafərinə çatanda “canım qurban, xoş gəldin” deyib o taydan bu taya əsgər salamı verən, bayatı deyən, yallı gedən, 200 illik yaradan ağrıdan göz yaşını Arazın sularına qatandır Güney. 

Biz bu səfər Xudafərinin adı ilə çıxsaq da, Xudafərini görmədik. Bizə bəlli olmayan səbəblərdən Araz qırağına aparmadılar bizi. Güneyi ancaq gözümüzlə oxşaya bildik”.

 

Qeyd edək ki, birinci Qarabağ müharibəsi zamanı işğal altında düşən Azərbaycan torpaqlarında erməni talanları başlanıb. 

Talan və yağmalanma prosesinə həm də İran hökuməti şərait yaradıb. Rejimə bağlı iş adamları və insanlar Qarabağdakı talanda ermənilərlə birgə iştirak edib. 

Lakin ermənilərlə müttəfiq olan panfarsist rejim bunu Güney Azərbaycan türklərinin üzərinə atmaqla o taylı-bu taylı azərbaycanlılar arasında nifaq yaratmağa çalışıb.

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Kiyanuş Aslani "Evin" həbsxanasına geri dönüb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14