SON XƏBƏRLƏR

"Şəhrdari-Sepahan" müsabiqəsi hansı hadisələrlə yadda qaldı? – FOTO / VİDEO

2021.10.20, 07:36
"Şəhrdari-Sepahan" müsabiqəsi hansı hadisələrlə yadda qaldı? – FOTO / VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda (stadiomunda) baş tutan müsabiqəni izləmək üçün Azərbaycanın müxtəlif bölgələrindən Təbrizə gəlmişdilər.

 

İki gün öncə keçirilən müsabiqədə "Şəhrdari" (2 – 0) hesabı ilə "Sepahan" qarşısında geri otursada, 25000 tamaşaçı öz şüarları ilə stadionda xüsusi həyəcan yaratmağa nail olublar. Bir sıra soydaşlarımız isə elektron biletləri olmadığı üçün stadiona daxil ola bilməyiblər.

 

“Şəhrdari” tərəfdarları növbəti olaraq hakimlərin (davərlərin) tərəfsizliyinə xüsusi ilə “Şəhrdari” əleyhinə alınan penaltı qərarı zamanı şübhə edib və dəfələrlə hakimlərə öz etirazlarını bildiriblər.

 

Müsabiqə boyu səsləndirilən şüarlar əsasən bunlardan ibarət olubdur: “İran federasyonu Azərbaycanın düşməni”, “Azərbaycan dur səs ver    Urmu Gölünə nəfəs ver”, “Türk dilində mədrəsə  Olmalıdır hər kəsə”, “Azərbaycan var olsun   İstəməyən kor olsun”, “Azərbaycan timləri  Fərqi yoxdur rəngləri”, “İsfahan nisfe cahan  Təbriz kolle cahan”, “Yaşasın Azərbaycan” və ...

 

“Traxtur” taxımı Rəştdə “Damaş”a qol vurduqca tamaşaçılar vəcdə gəlib və şüarlar səsləndiriblər.

 

Bu müsabiqədə tanınmış milli-mədəni fəal Məhəmməd Əlimuradi bir neçə soydaşımızla birlikdə yaxalanıb və naməlum istiqamətə aparılıblar.

GünAz TV mətbuat mərkəzinin “Təbriz səsi”-nə istinadən yaydığı məlumata görə, Stadionun girişində çoxlu təhlükəsizlik qüvvələrə dayanıb. Onlar bununla stadiona başqa bir görüntü veriblər.

 

Sonda Şəhrdari tərəfdarları taxımın uduzmasına baxmayaraq ayaqüstə qalxıb və dəqiqələrcə Şəhrdarini təşviq ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar