SON XƏBƏRLƏR

Səid Sadiqifər anasının 40 mərasimindən sonra müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Səid Sadiqifər anasının 40 mərasimindən sonra müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Yanvarın 29-da Ərdəbildə öz iş yerində saxlanılan azərbaycanlı şair və milli-mədəni fəal Səid Sadiqifər mərhum anası xanım Əlizadənin 40 mərasimindən sonra müvəqqəti sərbəst buraxılıb.

 

Ərdəbilli fəal yanvarın 31-i günortadan sonra 20 milyon tümənlik mülki vəsiqə qarşılığında azad olunub.

 

Ərdəbil İnqilab Məhkəməsinin 12-ci şöbəsi fəala sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunduğunu bildirib.

 

Xanım Əlizadə 40 gün əvvəl vəfat edib. Beyin ölümünə düçar olan mərhumənin bədən orqanları ehtiyacı olan bir neçə xəstəyə bağışlanıb. Bu hadisədə Səid Sadiqifərin xüsusi rolu olub. Sadiqifər ailəsinin humanist qərarı hər kəs tərəfindən alqışlanıb, bu hadisə ilə bağlı azərbaycanlı fəallar tərəfindən bir neçə plakat hazırlanıb və dəfn mərasimində nümayiş etdirilib. Həmin plakatlar məhkəmədə fəala qarşı irəli sürülən ittihama əsas kimi götürülüb.

 

“Sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə bağlı saxlanılan fəal anasının 40 mərasiminə belə buraxılmayıb, təhlükəsizlik qüvvələri onu mərasimdən sonra mülki vəsiqə qarşılığında azad edib.

 

Fəal sözügedən plakatlarla əlaqədar ötən həftələrdə bir neçə dəfə telefon vasitəsi ilə Ettelaat İdarəsinə çağırılıb, lakin o çağırışları qanunsuz hesab etdiyi üçün idarəyə müraciət etməkdən imtina edib.

 

Səid Sadiqifər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb. O son vaxtlar şeirlər toplusu kitabını “Qorxulu bələyinə bükülən img class="img-responsive"ə” adı ilə çap etdirib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar