Culfada yaşayan azərbaycanlı milli-mədəni fəallar Səid Sultani və Babək Kiyumərsi, hər biri 500 milyon tümən girov müqabilində 3 dekabr 2020-ci il tarixində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxıldı.
Gunaz.tv
Babək Kiyumərsi və Səid Sultani, 2 dekabr 2020-cu il çərşənbə axşamı dindirmə prosesinin sonunda Təbrizdəki Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürülmüşdülər.
Azərbaycanlı fəallara "ölkəyə müxalif təşkilatlara üzv olmaq" ittihamı irəli sürülüb.
Xatırladaq ki, hər iki fəal cari ilin oktyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Culfa şəhərində yerləşən iş yerlərində həbs edilərək, Təbrizin "Ettelaat" İdarəsinin istintaq təcridxanasına aparılıb. Təhlükəsizlik orqanları işçiləri Səid Sultanini tutduqdan sonra onun evində təftiş apararaq, notbuk, mobil telefon, kitablar və avtomobili də daxil olmaqla, bir çox şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar. Bundan başqa, Babək Kiyumərsi tutulan zaman təhlükəsizlik orqanları işçiləri onun xanımını döyüblər.
C.E