Səid Xətibzadə: “Hesab edirik ki, Qarabağ böhranı həmişəlik öz həllini tapmalıdır”

2020-12-07 15:56

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 7-də mediaya açıqlamasında Qarabağ münaqişəsindən və rəsmi Tehranın Azərbaycan və Ermənistanla münasibətlərindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Xətibzadə jurnalistlərdən birinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri ərəfəsində Dağlıq Qarabağ münaqişəsi və İranın bu barədəki mövqeyinə aydınlıq gətirərək, rəsmi Tehranın müharibə zamanı sərhəd bölgələrindəki “təkfirçi” qüvvələrin mövcudluğu barədə yayılan xəbərlərdən nigaran qaldığını bildirib: “Biz, Dağlıq Qarabağ böhranı haqdakı mövqeyimizi açıq şəkildə bəyan etmişik. Hesab edirik ki, Qarabağ böhranı həmişəlik öz həllini tapmalıdır.


Bizim həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Güman edirik ki, Azərbaycan xarici işlər nazirinin Tehrana səfəri ölkələrimiz arasındakı əməkdaşlığı daha da asanlaşdıracaq. Allah qoysa bizim yaxın gələcəkdə Ermənistan rəsmiləri ilə də görüşlərimiz olacaq. 


Biz regionda mövcud olan hər hansı bir böhranın siyasi yollarla həll olunmasını dəstəkləyirik. Lakin regiondan kənar bəzi bədxah qüvvələr də var ki, bizim qonşu ölkələrlə qarşılıqlı əlaqələrimiz onları narahat edir. 


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov xarici işlər nazirimiz Məhəmmədcavad Zərifin rəsmi dəvəti ilə dekabrın 9-da Tehrana səfər edəcək. Səfər zamanı Ceyhun Bayramov iranlı həmkarından başqa, İran parlamentinin sədri, prezident Həsən Ruhani və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşə, bir sıra məsələlər barədə danışıqlar aparacaq” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı

2021-05-14

gun az article

Ukraynada hökumət böhranı - iki nazir istefa verdi

2021-05-14

gun az article

Mehriban Əliyeva Qarabağdan görüntü paylaşıb - FOTO, VİDEO

2021-05-14

gun az article

ABŞ-da koronavirusdan ölənlərin sayı 584 mini ötüb

2021-05-14

gun az article

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı

2021-05-14

gun az article

Azərbaycanda daha 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

2021-05-14

gun az article

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib: Danışıqlar gedir

2021-05-14

gun az article

“Paşinyan Putindən yardım istəməyib” - Kremldən AÇIQLAMA

2021-05-14

gun az article

Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ

2021-05-14

gun az article

Məsciddə partlayış: 12 ölü, 20 yaralı

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

2021-05-14

gun az article

İranda sünnilərə qarşı ayrı-seçkilik narazılıq doğurdu: "Hakimiyyət bu rəftarı dəyişməlidir"

2021-05-14

gun az article

Ermənilərin Zəngəzur təlaşı: “Sovet vaxtında olan sərhədlərə qayıdırıq, o torpaqlar bizimdir”-Politoloq

2021-05-14

gun az article

İranda koronavirusdan daha 202 nəfər ölüb, 10 145 nəfər virusa yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-14

gun az article

Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib - FOTO

2021-05-14

gun az article

Ağ Evdən İran AÇIQLAMASI: "Bütün gücümüzü işə salacağıq”

2021-05-14

gun az article

“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək”-Baş nazir

2021-05-14

gun az article

Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM

2021-05-14

gun az article

Paşinyan Putinə zəng edib

2021-05-14