Səid Xətibzadə: “İran Qarabağ münaqişəsinə son qoymaq üçün plan hazırlayıb”

2020-10-05 14:41

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə oktyabrın 5-də jurnalistlərə açıqlamasında Qarabağ münaqişəsindən və İran hökumətinin Azərbaycanla Ermənistan arasında gedən savaşın dayandırılması üçün plan hazırlamasından danışıb.

Gunaz.tv Quote | Gunaz article

Xətibzadə deyib ki, iki qonşu ölkə arasında onilliklərdir davam edən münaqişənin hərbi yolla həlli mümkün deyil: “Biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq və qüvvələrin işğal olunmauş şəhərlərdən çıxarılmasına təkid edərək bildiririk ki, iki ölkə arasında müddətli geniş siyasi danışıqlar aparılması üçün hərbi qarşıdurmalar dərhal dayandırılmalıdır. 


Biz hər iki ölkə arasında baş verən bu münaqişəyə son qoymaq üçün bir plan hazırlamışıq və hazırda bu plan üzərində on araşdırma işləri aparılır. Hesab edirik ki, bu plan münaqişə tərəfləri, qonşu ölkələr və regional dövlətlərin iştirakı və məşvərəti ilə irəli aparıla bilər. 


Ümid edirik ki, münaqişə tərəfləri müharibəni davam etməkdən və zorakılıqdan imtina edəcək və mülki əhaliyə qarşı hücum etməmək prinsipinə riayət edəcəklər. Münaqişə tərəfi olan hər iki ölkə bilməlidir ki, İran öz sərhədlərində gedən savaşa və öz ərazisinə qarşı hər hansı bir təcavüzə dözə bilməyəcək.


Biz həm Ermənistana, həm də Azərbaycana demişik ki, daha diqqətli olsunlar. Çünki bu məsələ bizim qırmızı xəttimizdir və İran sərhədləri bilməyərəkdən olsa belə təcavüzə məruz qalmamalıdır. Biz öz üsul və prinsiplərimiz çərçivəsində hərbi qüvvələrin işğal olunmuş ərazilərdən çıxmasının, bölgədə sülhün bərqərar olunmasının tərəfdarıyıq. 


Hesab edirik ki, yaşayış məntəqələrinə hücum etməmək prinsipinə riayət etməyən hər bir tərəf pislənilməlidir. Düşünürük ki, mülki əhalinin canı və həyatı təhlükəyə salınmamalı, hamı iki ölkə arasında sülhün bərqərar olunmasına yardım göstərməlidir” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə əlavə edib.


A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı

2021-05-14

gun az article

Ukraynada hökumət böhranı - iki nazir istefa verdi

2021-05-14

gun az article

Mehriban Əliyeva Qarabağdan görüntü paylaşıb - FOTO, VİDEO

2021-05-14

gun az article

ABŞ-da koronavirusdan ölənlərin sayı 584 mini ötüb

2021-05-14

gun az article

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı

2021-05-14

gun az article

Azərbaycanda daha 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

2021-05-14

gun az article

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib: Danışıqlar gedir

2021-05-14

gun az article

“Paşinyan Putindən yardım istəməyib” - Kremldən AÇIQLAMA

2021-05-14

gun az article

Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ

2021-05-14

gun az article

Məsciddə partlayış: 12 ölü, 20 yaralı

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

2021-05-14

gun az article

İranda sünnilərə qarşı ayrı-seçkilik narazılıq doğurdu: "Hakimiyyət bu rəftarı dəyişməlidir"

2021-05-14

gun az article

Ermənilərin Zəngəzur təlaşı: “Sovet vaxtında olan sərhədlərə qayıdırıq, o torpaqlar bizimdir”-Politoloq

2021-05-14

gun az article

İranda koronavirusdan daha 202 nəfər ölüb, 10 145 nəfər virusa yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-14

gun az article

Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib - FOTO

2021-05-14

gun az article

Ağ Evdən İran AÇIQLAMASI: "Bütün gücümüzü işə salacağıq”

2021-05-14

gun az article

“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək”-Baş nazir

2021-05-14

gun az article

Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM

2021-05-14

gun az article

Paşinyan Putinə zəng edib

2021-05-14