Səid Xətibzadə: “Nətənz nüvə təsisatında baş verən qəzaya görə İsraildən intiqam alacağıq”

2021-04-12 14:30

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün jurnalistlərlə video-konfrans şəklində keçirdiyi görüşdə İsrailin Nətənz nüvə təsisatına qarşı kiber hücumuna münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, İran bu hücuma görə vaxtı çatanda “sionist rejimin” cavabını verəcək.


“Nətənz təsisatında xoşagəlməz hadisə baş verib. Yayılan məlumatlara görə bu hücumun arxasında sionist rejimi olub. Əlbəttə, bu hadisədə kimsənin xəsarət almamasına və ətraf mühitdə çirklənmə baş vermədiyinə görə sevinirəm. Lakin bu insanlığa qarşı bir cinayətdir.
 

Əgər hücumda məqsəd İranın gücünü zəiflətmək olubsa, güman edirəm ki, bu baş tutmayıb. Sadəcə olaraq, bir sıra İR1 makina və dəzgahları sıradan çıxıb. Sionist rejimi bu hərəkəti ilə dözümlü İran xalqından intiqam almağa çalışıb. Biz isə vaxtı gələndə Nətənzdə baş verən hadisəyə görə sionist rejimindənintiqamımızı alacağıq”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib. 


İsrailin dövlət televiziyası aprelin 11-də İranın Nətənz nüvə mərkəzinə qarşı kiber hücumun İsrailin kəşfiyyat qurumu olan Mossad tərəfindən həyata keçirildiyini bildirib.


İsrailin “Kan” telekanalı isə daxili və xarici təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, Nətənz nüvə mərkəzində baş verən partlayış və yanğın, eləcə də təsisatda quraşdırılmış yeni sentrifuqaların işinə xələl gətirən hücum əməliyyatı İsrailin kəşfiyyat orqanı olan Mossad tərəfindən reallaşdırılıb. Həmçinin “Jerusalem” qəzetinin rəsmi saytı yaydığı məlumatda Nətənz nüvə obyektinə qarşı hücumun İsrail kəşfiyyatı tərəfindən həyata keçirildiyini təsdiq edib. 


Bildirilir ki, rəsmi Tehranın açılışını etməsindən bir gün sonraya təsadüf edən Nətənz təsisatına hücumun fəsadlarını aradan qaldırmaq və onun fəaliyyətini yenidən bərpa etmək üçün ən azı 9 ay vaxt tələb edəcək. 


İran Atom Enerji Təşkilatının rəisi Əli Əkbər Salehi isə mediaya açıqlamasında Nətənz təsisatına qarşı hücumun arxasında konkret hansı ölkənin olduğuna toxunmadan, hücumu İrana qarşı “nüvə terrorizmi” adlandırıb. 

تاسیسات اتمی ایران

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı

2021-05-14

gun az article

Ukraynada hökumət böhranı - iki nazir istefa verdi

2021-05-14

gun az article

Mehriban Əliyeva Qarabağdan görüntü paylaşıb - FOTO, VİDEO

2021-05-14

gun az article

ABŞ-da koronavirusdan ölənlərin sayı 584 mini ötüb

2021-05-14

gun az article

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı

2021-05-14

gun az article

Azərbaycanda daha 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

2021-05-14

gun az article

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib: Danışıqlar gedir

2021-05-14

gun az article

“Paşinyan Putindən yardım istəməyib” - Kremldən AÇIQLAMA

2021-05-14

gun az article

Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ

2021-05-14

gun az article

Məsciddə partlayış: 12 ölü, 20 yaralı

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

2021-05-14

gun az article

İranda sünnilərə qarşı ayrı-seçkilik narazılıq doğurdu: "Hakimiyyət bu rəftarı dəyişməlidir"

2021-05-14

gun az article

Ermənilərin Zəngəzur təlaşı: “Sovet vaxtında olan sərhədlərə qayıdırıq, o torpaqlar bizimdir”-Politoloq

2021-05-14

gun az article

İranda koronavirusdan daha 202 nəfər ölüb, 10 145 nəfər virusa yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-14

gun az article

Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib - FOTO

2021-05-14

gun az article

Ağ Evdən İran AÇIQLAMASI: "Bütün gücümüzü işə salacağıq”

2021-05-14

gun az article

“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək”-Baş nazir

2021-05-14

gun az article

Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM

2021-05-14

gun az article

Paşinyan Putinə zəng edib

2021-05-14