Səid Xətibzadə: “Nüvə razılaşması tam icra olunmalıdır”

2021-05-03 13:47

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mediaya açıqlamasında Vyanada İranla Qərb arasında aparılan nüvə danışıqlarından və Amerikanın Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

Gunaz.tv Quote | Gunaz article

İranın Vyana danışıqlarına qatılan nümayəndə heyətinin hazırda məşvərət aparmaq üçün ölkəyə qayıtdığını açıqlayan Xətibzadə deyib ki, Amerika hər yeni bir razılaşmadan əvvəl 2015-ci ildə imzalanmış nüvə sazişinin bütün şərtlərinə əməl etməli, Tehrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir.


“Hesab edirik ki, nüvə sazişində yazılanların hamısı tamamilə icra olunmalıdır. Məhz belə olan halda biz də uranı yüksək səviyyədə zənginləşdirməklə bağlı fəaliyyətimizi azaldacağıq. İran Xarici İşlər Nazirliyinin mövqeyi sistemin mövqeyidir. Sistemin mövqeyi isə odur ki, Amerikanın keçmiş prezidenti dövründə nüvə sazişinə (“Bərcam”a) zidd olaraq tətbiq etdiyi bütün sanksiyalar aradan qaldırılmalıdır.


Bundan başqa qarşı tərəflərin nüvə sazişi əsasında üzərlərinə götürdüyü öhdəliklər, eynən qeud olunduğu kimi yerinə yetirilməli, maneələr isə əvvəlcə Amerika tərəfindən götürülməli, onun doğruluğu öz əksini tapmalıdır. Bütün bunlara əməl olunduqdan sonra İran da sazişə görə öz üzərinə götürdüyü öhdəliklərə əməl edəcək.


Biz dəfələrlə demişik ki, danışıqlarda nəticə əldə etmək üçün tələsmirik. Lakin buna baxmayaraq, danışıqların nüvə razılaşması çərçivəsində uzanmasına və yorucu hal almasına da imkan verməyəcəyik. Daha doğrusu, biz artıq bu yorucu oyuna girməyəcəyik”.


Qeyd edək ki, artıq üç həftədən çoxdur ki, Çin, Rusiya, Britaniya, Fransa və Almaniyadan olan nümayəndə heyətləri Vyanada İran nümayəndə heyəti ilə nüvə danışıqları aparır. Amerika isə danışıqlarda birbaşa yox, dolayısı ilə iştirak edir. 


Vyana danışıqlarının bu günə qədər konkret hər hansı bir nəticə verib-verməməsi barədə məlumat yayılmayıb. 


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15