Səid Xətibzadə: “Vyana danışıqlarını davam etdirmək üçün yeni hökumətin iş başına gəlməsini gözləməliyik”

2021-07-19 12:14

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə rəsmi Tehranın Vyanada dünya gücləri ilə apardığı nüvə danışıqlarının 7-ci mərhələsinin nə zaman başlanacağından danışıb.

Gunaz.tv Quote | Gunaz article

Bu gün jurnalistlərə açıqlamasında Səid Xətibzadə deyib ki, Vyanada aparılan müzakirələrin 7-ci mərhələsi İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin hökuməti tərəfindən aparılacaq.


“Bu danışıqlar adi bir istiqamətdə davam etdiriləcək. Əsas odur ki, xalqın mənafeyi təmin edilsin, sistemin isə aldığı ali qərarlarının icra olunsun.


Hesab edirəm ki, Vyana danışıqlarını davam etdirmək üçün yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik. 


Əgər Amerika Birləşmiş Ştatları nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasına qayıtsa və bunun doğru olduğu sübuta yetirilsə, İran da 2015-ci ildə əldə olunmuş nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərin tam icrasına başlayacaq.


Bunun üçün də hesab edirəm ki, yeni hökumətin iş başına gəlməsini gözləməliyik” -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.


Xatırladaq ki, Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanın Vyanada İranla apardığı nüvə danışıqlarının 6-cı mərhələsi iyunun 20-də başa çatıb və müzakirələrə qatılan həmin ölkələrin nümayəndə heyətləri öz hökumətləri ilə məsləhətləşmək üçün öz paytaxtlarına qayıdıblar. Amerika isə bu danışıqlara birbaşa yox, dolayısı ilə qatılır.


Lakin danışıqların davamının gecikdirilməsi və artıq çətin qərarlar vermək məcburiyyətində qalan İranın müzakirələrin 7-ci mərhələsini ləngitməsi, tərəflər arasında aparılmış danışıqların uğursuz alınması ilə bağlı şayiələrin yayılmasına səbəb olub.

gun az article

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

2021-07-23

gun az article

Kəlbəcərdə atışma davam edir

2021-07-23

gun az article

Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu

2021-07-23

gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23