Səid Xətibzadəyə Qarabağla bağlı qəribə sual verilib: “Qərara alınıb ki, Qarabağ Ermənistana, Naxçıvan isə Azərbaycana verilsin. Bu İranın planının bir hissəsidirmi?”

2020-11-09 16:23

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin noyabrın 9-da media nümayəndələri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı qəribə bir sual səsləndirilib.

Gunaz.tv Quote | Gunaz article

Jurnalistlərdən biri İranın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəli sürdüyü təklifinə toxunaraq Səid Xətibzadəyə belə bir sual verib: “Deyilənlərə görə qərara alınıb ki, münaişənin həlli üçün Dağlıq Qarabağ Ermənistana, Naxçıvan isə Azərbaycana verilsin. Sizcə bu İranın irəli sürdüyü təklif və planının bir hissəsidirmi?”.


Rəsmi Tehranın sözçüsünə verilən eyni sual İranın həm “İsna”, həm də “Mashreghnews” saytlarında öz əksini tapıb. 


Belə bir sualın səsləndirilməsi hətta əgər jurnalistin sırf savadsızlığı, məsələnin mahiyyətindən bixəbər olması və regionun coğrafiyası barədə məlumatsızlığı hesabına qoyulsa belə, Səid Xətibzadə jurnalistin bu kobud səhvinə düzəliş vermədən onun sualını belə cavablandırıb: “Təsdiq olmamış xəbərlər və söz-söhbətlər əsasında verilən suallar çaşdırıcıdır. Mövcud böhranın (Dağlıq Qarabağ münaqişəsinin -red) həll çərçivəsi aydındır. İran isə bu çərçivəyə kömək edən istənilən həll yolunu mübət qarşılayır. 


Bu otuz illik böhranın həlli bizim üçün mühümdür. Əlbəttə biz otuz illik bir böhranın bir planla iki-üç həftədə həll olunmasını gözləmirik. Bundan əvvəlki təklif və planlar isə münaqişənin həllinə yardım etməyib. Biz sərhədlərin təhlükəsizliyi və təkfirçilərin regionda varlığı məsələsində heç kəsə güzəştə getməyəcək, buna dözməyəcəyik. Bizim heç kəslə zarafatımız yoxdur və  bu barədə mövqeyimiz çox ciddi olacaq. 


Bizim isə apardığımız üsul bəllidir. Sərhədlərin qorunması, işğal olunmuş şəhərlər probleminin həlli və regionun demoqrafik vəziyyətinin qorunub saxlanılması bizim dəyişməz üsullarımızdan biridir.
 

Biz öz təklif və planımızı Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya dövlətlərinə təqdim etmişik və onların bunu müsbət qarşıladığını görmüşük. Hesab edirik ki, hər iki tərəf öz hazırlığını bildirəndən sonra biz bu plan çərçivəsində irəli hərəkət edə bilərik” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı

2021-05-14

gun az article

Ukraynada hökumət böhranı - iki nazir istefa verdi

2021-05-14

gun az article

Mehriban Əliyeva Qarabağdan görüntü paylaşıb - FOTO, VİDEO

2021-05-14

gun az article

ABŞ-da koronavirusdan ölənlərin sayı 584 mini ötüb

2021-05-14

gun az article

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı

2021-05-14

gun az article

Azərbaycanda daha 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

2021-05-14

gun az article

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib: Danışıqlar gedir

2021-05-14

gun az article

“Paşinyan Putindən yardım istəməyib” - Kremldən AÇIQLAMA

2021-05-14

gun az article

Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ

2021-05-14

gun az article

Məsciddə partlayış: 12 ölü, 20 yaralı

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

2021-05-14

gun az article

İranda sünnilərə qarşı ayrı-seçkilik narazılıq doğurdu: "Hakimiyyət bu rəftarı dəyişməlidir"

2021-05-14

gun az article

Ermənilərin Zəngəzur təlaşı: “Sovet vaxtında olan sərhədlərə qayıdırıq, o torpaqlar bizimdir”-Politoloq

2021-05-14

gun az article

İranda koronavirusdan daha 202 nəfər ölüb, 10 145 nəfər virusa yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-14

gun az article

Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib - FOTO

2021-05-14

gun az article

Ağ Evdən İran AÇIQLAMASI: "Bütün gücümüzü işə salacağıq”

2021-05-14

gun az article

“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək”-Baş nazir

2021-05-14

gun az article

Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM

2021-05-14

gun az article

Paşinyan Putinə zəng edib

2021-05-14