SON XƏBƏRLƏR

Sel fəlakəti Sistan-Bəlucistana çatdı. Dağıntılar var - VİDEOLAR

2021.10.20, 07:36
Sel fəlakəti Sistan-Bəlucistana çatdı. Dağıntılar var - VİDEOLAR

Gunaz.tv

GünazTV: Bir aydan çoxdur İranın müxtəlif əyalət və bölgələrində baş verən daşqın və sel fəlakəti Sistan-Bəlucistana çatıb.

 

Bu barədə, Sistan-Bəlucistan valiliyin rəsmisi Ruhullah Sərgəzi aprelin 21-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, aprelin 21-də intensiv yağan yağışlar nəticəsində Əfqanıstandan İrana daxil olan su cərəyanı güclü selə çevrilərək Hirmənd çayına doğru axmağa başlayıb: “Sel nəticəsində ən azı bir körpü dağılıb, Hirmənd şəhərinin ətrafında yerləşən 3 kənd isə əhalidən təxliyə edilib. Həmin kəndlərin sakinləri müvəqqəti olaraq daha təhlükəsiz yerlərə köçürülüblər. Sel həmçinin bəzi yolların bağlanmasına səbəb olaraq, bir sıra kənd evlərinə xəsarət yetirib” –deyə Ruhullah Sərgəzi əlavə edib.  

 

 

Qeyd edək ki, son bir ay ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Hormozqan, Sistan-Bəlucistan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 77 nəfər həlak olub, 1076 nəfərdən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar