SON XƏBƏRLƏR

Sel qurbanlarının sayı getdikcə artır. Ölənlərin sayı 62 nəfərə çatıb - FOTOLAR və VIDEOLAR

2021.10.20, 07:36
Sel qurbanlarının sayı getdikcə artır. Ölənlərin sayı 62 nəfərə çatıb - FOTOLAR və VIDEOLAR

Gunaz.tv

GünazTV: İranın müxtəlif əyalət və bölgələrində iki həftədən çoxdur aramsız yağıntılar yağışlar nətəcəsində baş verən sel qurbanlarının sayı artaraq, 62 nəfərə çatıb.

 

Bu barədə, İranın Tibbi Ekspertiza Təşkilatının rəisi Əhməd Şücayi aprelin 3-də jurnalistlərə məlumat verib.

 

O bildirib ki, İranın şimal və qərb bölgələrindən tibbi ekspertiza mərkəzinə yeni cəsədlər gətirilib: “Hazırda mərkəzimizə yenicə tapılmış cəsədlər gətirilir. Bununla da, ölkənin müxtəlif şəhər və əyalətlərində təbbi fəlakətdə ölənlərin sayı daha artaraq, 62 nəfərə çatıb”- deyə Əhməd Şücayi əlavə edib.

 

Həmçinin yayılan məlumatlara əsasən, hazırda İranın Loristan əyalətinin Poldoxtər şəhərində və Xuzistan əyalətinin Əndimeşk şəhərinə yaxın Kərxə səddi ətrafındakı bölgələrdə vəziyyətin çox ağır olduğu bildirilir.

 

 

 Qeyd edək ki, son iki həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 62 nəfər həlak olub, 500-ə yaxın insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar