“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18 11:22

​​​​​​​Laçın. 50 milyonluq Azərbaycan türkünün qəlbində özünə məxsus yeri olan qədim yurd yerimiz. 28 il qəlbimizdə bir Laçın qübarı var idi. İgidlər oylağı, qartallar yuvası Laçın erməni tapdağında qalmışdı. 

Gunaz.tv Quote | Gunaz article

Qeyd edk ki, əvvəllər Abdallar adlanan qəsəbəyə 1923-cü ildən şəhər statusu verilib. 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.
"Laçın" toponimi 1924-cü ildən xəritəmizdə özünə yer tapıb. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlayıb. 

 Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasında Laçın adlı bir zirvə diqqəti cəlb edir. Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.

Laçın adının etimalogiyası da etnik məna kəsb edir. "Laçın" adlı türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayıb. Tatar-monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirib. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salıb. 

Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olub. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd edib. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. 

 
Bakıdan 450 km məsafədə yerləşən əlverişli təbii-strateji mövqeyi ilə Laçın Azərbaycan ərazi iddiasında olan Ermənistanın diqqətini çəkirdi. Dağlıq Qarabağın Azərbaycana tabe olmaq istəməyən separatçı erməni icması ilə Ermənistanın əsas əlaqəsi Laçın dəhlizi vasitəsi ilə idi.

Ötən əsrin 90-cı illərində Azərbaycanda siyasi qarışıqlıq hökm sürürdü. Mərkəzi hakimiyyət zəifləmişdi, ordu quruculuğu ləng aparılırdı. Nizami ordu demək olar ki, yox idi. Düşmənlə üzbəzüz bölgələrin müdafiəsi əsasən könüllülərin üzərində idi. Bakıdakı siyasi xaosdan maksimum istifadə edən düşmən 1992-ci ilin 18 mayında Laçın işğal etdi.

28 il Laçın adı könlümüzdə qübar bağladı. Çoxları üçün artıq Laçın, Şuşa, artıq Zəngəzur, İrəvan kimi itirilmiş yurd yeri sayırdı. Lakin müzəffər Azərbaycan ordusu alnımıza yazılmış bu namus ləkəsini təmizlədi.

2020-ci ilin 27 sentyabrında başlanmış Vətən müharibəsi Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı. 44 günlük Vətən savaşında Şuşa, Hadrut da daxl olmaqla işğal altında olan 7 rayon düşməndən azad edildi. Şuşanın noyabrın 8-də azad edilməsindən sonra Ermənistan tərəfi kapitulyasiyaya imza atmaq zorunda qaldı. Əldə edilən razılaşmaya görə, dekabrın 1-də erməni silahlı qüvvələri Laçın rayonunu tərk etdi.

Artıq Laçın murdar erməni tapdağında deyil. Bu gün bütün Azərbaycan daha həsrətlə deyil, sevinclə “Laçınım” deyir.
Qədim yurd yerimiz azaddır. Laçın bizimdir. Qarabağ Azərbaycandır!
 
Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12

gun az article

Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı

2021-06-12

gun az article

NATO Ukraynaya dəstək verdi

2021-06-12

gun az article

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni insident

2021-06-12