“Sən çağırsan gələrəm mən” filmi Qorqan Film Festivalına yol tapıb – VİDEO

16.08.2019, 11:02

GünAz TV: “Sən çağırsan gələrəm mən” sənədli filmi Qorqanda keçiriləcək film festivalının yekun mərhələsinə yol tapıb.

 

“Tənin-i məscid” qısametrajlı film festivalında nümayiş etdiriləcək sənədli film ötən Novruz bayramı günlərində “Türkmən səhra”da baş verən sel fəlakəti ilə bağlıdır, film güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin əsəridir.

 

“Sən çağırsan gələrəm mən” sənədli filmində Azərbaycan, türkmən və Qaşqay türklərinin ayrılmaz olduğu və onların birliyi təsvir olunub, birliyin yaranmasında futbol və “Traxtur” komandasının rolu önə çəkilib.

 

Müəllif çəkdiyi filmi “Türkmən səhra” təbii fəlakət bölgəsinə yardıma gedən, lakin qayıdarkən “Gümüştəpə”də qayıqları aşdığı üçün həlak olan 6 xilasediciyə həsr edib.

 

https://www.youtube.com/watch?v=Ql8vNgt-B08

 

“”Türkmən səhra” bölgəsində baş verən sel fəlakəti ilə bağlı xəbər yayıldıqdan dərhal sonra Azərbaycan və Qaşqay türklərinin yardım karvanı təbii fəlakət bölgəsinə yollandı. Yardım karvanları “Traxtur” komandası banneri və “Sən çağırsan gələrəm mən” sədası ilə hərəkət edib “Türkmən səhra”da türk ellərinin birliyini nümayiş etdirdilər.

Türk ellərinin bu şəkildə dayanışma nümayiş etdirməsi şiə və sünni bölgələri arasında mümkün inamsızlığı aradan qaldırdı. Siyasilərin öhdəsindən gələ bilmədiyi işi bir top görə bildi.”- deyə Məhəmməd Əlimuradi çəkdiyi sənədli film barəsində yazmışdır.

 

“Tənin-i məscid” festivalı avqustun 18 və 19-da Qorqan şəhərində keçiriləcək.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdəbildə silahlı qarşıdurma-Çoxlu sayda həbs olunan var

2022-01-25

gun az article

Təbriz-Urmu avtomagistralının tikintisi yarımçıq qalıb

2022-01-25

gun az article

Şərqi Azərbaycanda koronavirusun Omikron ştammına yoluxma sayı artıb

2022-01-25

gun az article

Urmu-Tehran qatarında yanğın: Sərnişinlər təxliyyə edildi

2022-01-25

gun az article

İran hakimiyyyəti daxilində qarşıdurma: Ərdəbilin cümə imamı daxili işlər nazirini hədəfə aldı

2022-01-25

gun az article

Ərdəbildə aksiya: Təqaüdçü müəllimlər etiraza başladı

2022-01-25

gun az article

Məzuniyyət müddəti bitən milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2022-01-25

gun az article

Siyasi məhbus Abbas Lisani Ədliyyə Tibb Mərkəzinə göndərilib

2022-01-25

gun az article

Qaşqaylarla hökumət qüvvələri arasında toqquşma baş verib

2022-01-24

gun az article

Ərdəbildə güclü qar ciddi fəsadlar törədib-Məktəblər bağlanıb-VİDEO

2022-01-24

gun az article

Şərqi Azərbaycan əyalətinin valisi Azərbaycan Respublikasına səfər edib

2022-01-24

gun az article

Sərəskənddə çörək qıtlığı yaşanır

2022-01-24

gun az article

Sabiq SEPAH komandiri Davud Abbasi Mərəndin fərmandarı təyin edilib

2022-01-24

gun az article

Təbrizdə Azərbaycan milli geyimləri sərgisinin davam etməsinə icazə verilməyib-FOTOLAR

2022-01-24

gun az article

İranda Şəhər Şurasının keçmiş sədri güllələnib

2022-01-24

gun az article

Təqaüdçülər Təbrizdə etiraz aksiyası keçirib-VİDEO

2022-01-24

gun az article

Antalya idmançılarının "Traxtur" paylaşımı Güney Azərbaycanda maraqla qarşılanıb-FOTOLAR

2022-01-24

gun az article

Təbrizdə məktəblər bağlandı-Son zəlzələdən sonra bir sıra məktəb binalarında çatlar əmələ gəlib

2022-01-24

gun az article

Təbriz İES-də yenidən mazutdan istifadəyə başlanılması etirazlara səbəb olub

2022-01-24

gun az article

Təbrizdə zəlzələ baş verib

2022-01-23