SON XƏBƏRLƏR

“Sən çağırsan gələrəm mən” filminin qazandığı mükafat “Türkmən səhra”nın xərçəng xəstələrinə bağışlandı – VİDEO

2021.10.20, 07:36
“Sən çağırsan gələrəm mən” filminin qazandığı mükafat “Türkmən səhra”nın xərçəng xəstələrinə bağışlandı – VİDEO

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradi  “Sən çağırsan gələrəm mən” filminin qazandığı nağd pul mükafatını “Türkmən səhra”nın xərçəng xəstələrinə bağışlayıb.

 

“Tənin-i məscid” qısametrajlı film festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülən “Sən çağırsan gələrəm mən” filmi ötən Novruz bayramı günlərində “Türkmən səhra”da baş verən sel fəlakəti ilə bağlıdır, film güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin əsəridir.

 

“Tənin-i məscid” festivalı avqustun 18 və 19-da Qorqan şəhərində keçirilib.

 

Sənədli filmdə Azərbaycan, türkmən və qaşqay türklərinin ayrılmaz olduğu və onların birliyi təsvir olunub, birliyin yaranmasında futbol və “Traxtur” komandasının rolu da önə çəkilib.

 

Müəllif çəkdiyi filmi “Türkmən səhra” təbii fəlakət bölgəsinə yardıma gedən, lakin qayıdarkən “Gümüştəpə”də qayıqları aşdığı üçün həlak olan 6 xilasediciyə həsr edib.

 

Məhəmməd Əlimuradı təqdirəlayiq bir qərar verərək filminin qazandığı bir milyon tümən məbləğində  mükafatı Azərbaycan türkləri və “Traxtur” komandası tərəfdarları tərəfindən “Qomişan çiçəklərində ümid təbəssümü” qeyri-hökumət təşkilatına bağışlayıb. Həmin təşkilat minimum imkanlarla “Türkmən səhra” bölgəsində xərçəng xəstələrinə yardım etməyə çalışır.

 

https://www.youtube.com/watch?time_continue=31&v=4uMqa0RbBOA

 

 

https://www.youtube.com/watch?time_continue=18&v=EmMHQUwejGg

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar