SON XƏBƏRLƏR

Senator Lindsey Graham: “İran rejiminin ömrünə sayılı günlər qalıb”

2021.10.20, 07:36
Senator Lindsey Graham: “İran rejiminin ömrünə sayılı günlər qalıb”

Gunaz.tv

GünazTV: Amerikanın Respublikaçılar Partiyasından olan senator Lindsey Graham noyabrın 27-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın “dini” lideri axund Əli Xamneyidən, İranda baş verən son etirazlardan və islam respublikasının dünyaya qarşı təhdidindən danışıb.

 

Senator Lindsey Graham öz yazısında “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlaminin Amerikaya və onun müttəfiqlərinə qarşı səsləndirdiyi son bəyanatına reaksiya verib: “Sepah” komandanı Hüseyn Səlaminin dediklərinin əksinə olaraq, İran xalqına qarşı ən böyük təhdid Amerika hökuməti və amerikalılar yox, “ayətullah” Xamneyinin özü kimi tərəfdarlarıdır.

 

İran rejimi və onun başçıları ölkəni və xalqın sərvətlərini qarət edərək, bütün regionda və dünyada sabitliyin pozulmasına sərf ediblər. Lakin mənim üçün artıq aşkarlanan bir şey var. O da budur ki, İran rejiminin ömrünə sayılı günlər qalıb.

 

Prezident Trampın İran rejiminə qarşı təzyiqləri davam edəcək və İran xalqının xeyrinə nəhəng dəyişikliklərə səbəb olacaq. İranın qatil rejimi devriləndən sonra dünya artıq daha təhlükəsiz bir məkana çevriləcək” –deyə, Amerikanın respublikaçı senatoru Lindsey Graham “Twitter” də yaydığı yazısında bəyan edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar