SON XƏBƏRLƏR

ABŞ senatorları Baydeni İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

2022.01.29, 11:51
ABŞ senatorları Baydeni İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Gunaz.tv

Məlumata görə, bir qrup ABŞ senatoru Co Baydenə məktub göndərərək İran neftinin ixracının artırılmasını tənqid edib və İran neftinə qarşı sanksiyaların tətbiqinə, İranın neft tankerlərinin və bu yüklərin alıcılarının sayının artmasına qarşı cəza tədbirləri görməyə çağırıb.

10 senatorun imzaladığı və respublikaçı senator Tom Kotton tərəfindən 28 yanvar-da açıqlanan məktubda bildirilir ki, iranlı gəmi sahibləri və Çindəki neft müştəriləri Bayden hökumətinin onları cəzalandırmaq üçün “çox zəif və tərəddüdlü” olduğuna inanıblar.

“Bayden administrasiyası indiyədək İran neftinin ixracının kəskin artmasına qarşı tədbir görməkdən yayınıb və Ağ Evin BRİKS danışıqları ilə bağlı narahatlığına görə hərəkətə keçməməsi “cinayətkarları” cəsarətləndirib”-deyə, məktubda qeyd olunub.

Məktubda daha sonra xəbərdarlıq edilib ki, İran neftinin ixracının artması ABŞ-ın nüvə müzakirələrində təsir rıçaqlarını zəiflədəcək və İran hökumətinin boş kassasını dolduracaq.

Qeyd edək ki, tanker izləmə şirkətlərinin statistikası İranın xam neft ixracının ötən il iki dəfə artdığını göstərir. Son həftələrdə İran rəsmiləri xam neft ixracının 40 faiz artdığını və neft satışından ölkəyə valyutanın geri qaytarıldığını bəyan ediblər.

ABŞ sanksiyalarından əvvəl İran gündəlik 2,5 milyon barel xam neft ixrac edirdisə, bu rəqəm 2020-ci ildə gündəlik 320 min barrelə, keçən il isə təxminən 620 min barrelə qədər yüksəlib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar