SON XƏBƏRLƏR

Sənəndəc həbsxanasında daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
Sənəndəc həbsxanasında daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərində qətldə günahlandırılan daha 1 məhkum edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin  yaydığı xəbərə əsasən, 10 il əvvəl aralarında yaranan ixtilafa görə bacısı oğlunu qətlə yetirən və həmin vaxtdan həbsdə saxlanılan Mərivan şəhər sakini 50 yaşlı məhkum Alim Kərimi, oktyabrın 10-u sübh saatlarında Sənəndəcin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar