GünAz TV: Son günlər Güney və Quzey Azərbaycanda məşhurlaşan, hamının dinlədiyi və rəqs etdiyi "Səni deyirlər" mahnısının yaradıcısı ustad aşıq Məhəmməd Əli Mahmudi mahnını 1977-ci ildə bəstələdiyini bildirib.
Aşıq Mahmudi verdiyi müsahibədə açıqlayıb ki, mahnının şeiri də ona aiddir, mahnı onun qədim kaset və əsərlərində mövcuddur.
1954-cü ildə dünyaya göz açan ustad aşıq, əksər ailə üzvlərinin musiqi və incəsənət fəaliyyəti ilə məşğul olduğunu deyib.
Ustad Mahmudinin sözlərinə görə, onun birinci ustadı anası olub, o 8 yaşında avaz oxumaq və qopuz çalmağa başlayıb.
Müsahibənin sonunda “Səni deyirlər” mahnısı ustad Mahmudi tərəfindən səsləndirilib.
https://www.youtube.com/watch?time_continue=287&v=eG1rQHc-5gE
N.S