SON XƏBƏRLƏR

“СENTCOM” komandanı: “Əfqanıstanda İran təhdidinin artması ciddi nigaranlığa səbəb olub”

2021.10.20, 07:36
“СENTCOM” komandanı: “Əfqanıstanda İran təhdidinin artması ciddi nigaranlığa səbəb olub”

Gunaz.tv

GünazTV: ABŞ-ın Mərkəz Komandanı (CENTCOM)  general Frank Mackenzie yanvarın 31-də jurnalistlərə açıqlamasında İranın Əfqanıstanda apardığı təxribat xarakterli fəaliyyətindən, Talibanla əməkdaşlığından və Amerika qüvvələrinə qarşı artan təhdidindən danışıb.

 

O deyib ki, son vaxtlar Əfqanıstanda İranın Amerika və koalisiya qüvvələrinə qarşı təhdidinin gündən-günə artması ciddi nigaranlığa səbəb olub: “İranın Əfqanıstanda bu kimi təhdidləri həmişə olub. Lakin hazırda belə görünür ki, islam respublikası Əfqanıstanda öz təmsilçi qüvvələri vasitəsilə Amerika və koalisiya qüvvələrinə zərbə vurmaq üçün fürsət axtarır. Bu isə bizim ciddi nigaranlığımıza səbəb olub.

 

İran Əfqanıstandakı yarı-hərbi qüvvələrinə maliyyə baxımdan yardım edir, onları silah-sursatla təmin edir. Hazırda “Sepah”ın “Qüds” briqadasının nəzarəti altında olan və “Fatimiyyun” qüvvələri çərçivəsində fəaliyyət göstərən minlərlə Əfqanıstan vətəndaşı Suriyada döyüşür. Lakin Bəşər Əsəd rejiminin üsyançıların son baza və mövqelərini ələ keçirməsini nəzərə alaraq, İranın nəzarətində olan əfqan döyüşçülərinin öz ölkələrinə qayıtmaları gözlənilir.

 

Bundan başqa, Əfqanıstan rəsmiləri yarıhərbi əfqan şiələrinin “Sepah” tərəfindən dəstəklənərək təşkilatlandırılmasından   nigaranlıq hissi duyur, bunu Əfqanıstan hökumətinə, millətinə və ordusuna qarşı bir təhdid kimi sayırlar” -deyə, ABŞ-ın Mərkəz Komandanı (CENTCOM)  general Frank Mackenzie əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar