SON XƏBƏRLƏR

Sentkom ələ keçirdiyi İranın husilərə göndərdiyi silah-sursatın görüntülərin yayıb

2021.10.20, 07:36
Sentkom ələ keçirdiyi İranın husilərə göndərdiyi silah-sursatın görüntülərin yayıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə fəaliyyət göstərən Mərkəzi Komandanlığı ötən günlərdə ələ keçirdiyi İrandan Yəmən husilərinə silah daşıyan qayıqdan aşkar etdiyi hərbi ləvazimatların foto və xüsusiyyətlərini yayıb.

 

Sentkomun "Twitter" səhifəsində paylaşdığı fotolarda açıq-aşkar onların İran istehsalı olan hərbi ləvazimatlar və silahlar olduğu görünür.

 

Komandanlığın məlumatına əsasən, raketlərin üzərində 5 məlumat xətti var. Bu isə İran istehsalı olan raketlərə xas xüsusiyyətdir. Rusların istehsal etdiyi raketlərdə 8 məlumat xətti mövcud olur.

 

 

Digər "Twit"də qeyd edilir ki, ələ keçirilmiş tamamilə İran istehsalı olan 5 növ raketdən 1 növü 2019-cu ilin noyabr ayında "USS FORREST SHERMAN" gəmisinin saxladığı gəmidən də tapılmışdı. Həmin gəmi də husilərə İran istehsalı olan silah-sursat daşıyırdı.

 

 

Sentkom bildirir ki, gəmidən götürülmüş 351 modelli qanadlı raket ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirilmiş hücumdan sonra götürülmüş raket nümunələrinin motor və qanadları ilə eyniyyət təşkil edir.

 

Komandanlıq həmçinin gəmidən müsadirə edilmiş binoklların fotolarını da paylaşaraq, onların yalnız İranda istehsal edildiyini bildirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar