SON XƏBƏRLƏR

Sentkom komandanı: “İranla müharibə istəmirik, lakin hərbi qarşıdurmadan da çəkinmirik”

2021.10.20, 07:36
Sentkom komandanı: “İranla müharibə istəmirik, lakin hərbi qarşıdurmadan da çəkinmirik”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığının komandanı, general Kennet Makkenzi bildirib ki, ölkəsi İranla müharibə etmək istəməsə də, zərurət yarandığı təqdirdə, hərbi qarşıdurmadan çəkinməyəcək.

 

Ötən gün Vaşinqtonda Amerika ilə ərəblər arasında mövcud əlaqələrlə bağlı keçirilmiş tədbirdə çıxış edən general qeyd edib ki, dünyanın super gücü yalnız 1 strategiyaya sahib ola bilməz. O, İranın Amerikanın prioritetlərindən biri olduğunu, lakin ən mühümü olmadığını deyib.

 

Makkenzinin sözlərinə görə, gələcəkdə bu istiqamətdə mümkün ola biləcək hərbi qarşıdurma transregional olacaq və buna görə də, bütün hədəfləri məhv etmək üçün bu əməliyyatlarda ABŞ-ın bir neçə komandanlığı iştirak edəcək.

 

General həmçinin rəhbərlik etdiyi Mərkəzi Komandanlığın öhdəliyinin İranın maksimum təzyiq siyasətinə hərbi cavab verməsinə imkan verməmək olduğunu qeyd edib.

 

Qeyd etmək lazımdır ki, İran son aylar ərzində regionda gəmilərə və Səudiyyə Ərəbistanının neft təsisatlarına hücum etməklə, bir neçə təxribatçı addımlara əl atıb. Amerika və Qərb dövlətləri müharibənin baş verməməsi üçün maksimum təmkin nümayiş etdiriblər, əvəzində isə rəsmi Vaşinqton Tehrana qarşı qəbul edilmiş sanksiyaları daha da şiddətləndirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar