SON XƏBƏRLƏR

Sentyabrda Bakıda yeni metro stansiyası açılacaq

2021.10.20, 07:36
Sentyabrda Bakıda yeni metro stansiyası açılacaq

Gunaz.tv
Sentyabrda Bakıda yeni metro stansiyası açılacaq metroadamlar.jpg Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. Bakı Metropoliteninin yeni stansiyasının sentyabrın 15-də istifadəyə verilməsi planlaşdırılır. Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. T.Əhmədovun sözlərinə görə, Həzi Aslanov-Memar Əcəmi xətti üzərində yerləşən və şərti adı «Nəsimi» olan stansiyada hazırda son tamamlama işləri aparılır. T.Əhmədov avqust ayında «28 May» stansiyasından Mirəli Qaşqay küçəsinə yeraltı çıxışın istifadəyə veriləcəyini də bildirib. Xatırladaq ki, Bakı Metropoliteni 1967-ci ilin noyabr ayında istismara verilib və hazırda 20 stansiyadan ibarətdir. Son 5 il ərzində Bakıda metronun xidmətindən 170 mln. nəfər istifadə edib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar