SON XƏBƏRLƏR

“Sepah” Amerikanın pilotsuz təyyarəsini vurduğunu bildirir, Pentaqon isə təkzib edir

2021.10.20, 07:36
“Sepah” Amerikanın pilotsuz təyyarəsini vurduğunu bildirir, Pentaqon isə təkzib edir

Gunaz.tv

GünazTV: İran Amerikanın “Global Hawk" tipli pilotsuz kəşfiyyat təyyarəsini vurduğunu bildirib. Bu barədə, “Sepah”ın ictimaiyyətlə əlaqələr bölməsi iyunun 20-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, hadisə iyunun 20-si sübh saatlarında İranın Hormozqan əyalətində baş verib: “Bu gün sübh saatlarında İranın hava sərhəddini pozaraq ölkə ərazisinə daxil olan Amerikanın “Global Hawk" tipli pilotsuz kəşfiyyat təyyarəsi Hormozqan əyalətində yerləşən  “Mübarək” dağının yaxınlığındakı bir məntəqədə “Sepah”ın hava-kosmik qüvvələri tərəfindən vurularaq yerə salınıb” –deyə bəyanatda vurğulanır.

 

“Sepah”ın bəyanatının ardınca, Amerikanın Mərkəzi Qüvvələr Komandanlığının (Centcom) sözçüsü kapitan Bill Urban jurnalistlərə açıqlamasında İranın bu iddiasını təkzib edərək deyib ki, bu gün Amerikanın heç bir pilotsuz təyyarəsi İran səmasında olmayıb. Bill Urban, məsələ ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar