“Sepah” Bəhreyni hədələdi: “Bəhreyn hökmranı Qüds mücahidlərinin ağır intiqamını gözləməlidir”

2020-09-13 16:56

“Sepah” terror təşkilatı sentyabrın 12-də bəyanat yayaraq, Bəhreyn hökuməti ilə İsrail arasındakı diplomatik əlaqələrini normallaşdırılmasına kəskin reaksiya verərək, rəsmi Mənaməni intiqamla təhdid edib.

Gunaz.tv Quote | Gunaz article


“Sepah” yaydığı bəyanatda Bəhreyn hökumətinin İsraillə diplomatik əlaqələr qurması barədəki qərarını pislənərək, bu ölkəni İsrailin ayağını strateji baxımdan əhamiyyətə malik olan körfəzə və Oman dənizinə açmaqda və onun regiona nüfuz etməsinə şərait yaratmaqda günahlandırıb: “Al-i Xəlifə sülaləsinin bu iyrənc hərəkəti və Bəhreynə hakim rejimin sionist rejimlə münasibətlərini normallaşdırılması bu ölkənin müsəlman əhalisinin iradə və ideyasına zidd addımdır.
 

Bəhreyn hökmranının bu biabırçı hərəkəti böyük bir axmaqlıqdır və qanuni sayılmır. Sözsüz ki, Bəhreyn başçısı bu hərəkətinə görə layiqli cavablar alacaq. Hesab edirik ki, bu işin səbəbkarları Qüds mücahidlərinin ağır intiqamını gözləməlidir” –deyə, “Sepah” terror təşkilatının yaydığı bəyanatında bildirilir.


Xatırladaq ki, Bəhreynin İsraillə diplomatik əlaqələrini normallaşdırmağa hazırlaşması barədəki xəbəri bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp mediaya açıqlamasında bəyan edib. 


Bunun ardınca Trampın müşaviri və kürəkəni Cared Kuşner jurnalistlərə açıqlamasında Bəhreynlə İsrail arasında sülh və saziş müqaviləsinin imzalanacağından xəbər verib. 


O deyib ki, sentyabrın 15-də Ağ Evdə keçiriəcək bir imza mərasimində Bəhreyn hökuməti BƏƏ ilə eyni vaxtda İsraillə sülh müqaviləsi imzalayacaq: “Çərşənbə axşamı Ağ Evdə bir imza mərasimi keçirəcəyik. Ehtimal olunurdu ki, mərasim İsraillə BƏƏ arasında olacaq, ancaq Bəhreynin xarici işlər nazirinin də imzalama mərasiminə qatılması onun əhəmiyyətini artırır. Bu, çox nadir haldır... Bir gündə iki sülh müqaviləsi. Bu, bölgədə sülh, sabitlik və əlaqə yaradılması istiqamətində irəliləyiş olduğunu göstərir”, - deyə Kuşner jurnalistlərə bildirib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18