“Sepah” generalının ölümündə müəmma: Hadisə ilə bağlı ziddiyyətli xəbərlər yayılır

2021-04-19 10:35

“Sepah” terror təşkilatının “Qüds” briqadası komandanının müavini general Məhəmməd Hüseynzadə Hecazinin müəmmalı ölümü barədə ziddiyyətli xəbərlər yayılır.

Gunaz.tv Quote | Gunaz article

İran Dövlət Televiziyası aprelin 18-i axşam saatlarında Məhəmməd Hüseynzadə Hecazinin ölüm xəbərini yaysa da, onun ölümünün səbəbini açıqlamayıb.
 

“Sepah” isə dünən axşam bəyanat yayaraq, “Sepah” generalının “ürək çatışmamazlığından” öldüyünü bildirib. 


Bəyanatın yayılmasından az sonra “Sepah”ın İran-İraq savaşında həlak olmuş məşhur komandirlərindən olan Məhəmməd İbrahim Hemmətin oğlu Məhəmməd Mehdi Hemmət “Twitter”dəki şəxsi hesabında paylaşım edərək, “Sepah” generalının ürək çatışmamazlığından öldüyünü təkzib edib.


“Məhəmməd Hüseynzadə Hecazi ürək çatışmamazlığından ölməyib. Onun ölümünün səbəbi bu deyil”, -deyə Məhəmməd Mehdi Hemmət bildirsə də, onun ölümünün əsl səbəbini açıqlamayıb.


Aprelin 19-da isə “Sepah” terror Təşkilatının sözçüsü Ramazan Şərif dövlət televiziyasına açıqlamasında Məhəmməd Hüseynzadə Hecazinin “ürək çatışmamazlığından” yox, İran-İraq savaşı zamanı düşmənin işlətdiyi kimyəvi silahlardan travma aldığını və onun indiyə qədər davam edən fəsadları ucbatından öldüyünü bildirib.


“O, kimyəvi silahların zəhərləyici təsirindən əziyyət çəkirdi. Bundan başqa, o bir neçə ay əvvəl də koronavirusa yoluxub sağalmışdı. Lakin həkimlərin gəldiyi birgə qənaətinə görə, Məhəmməd Hüseynzadə Hecazi İran-İraq müharibəsi zamanından qalmış kimyəvi silahların zəhərləyici təsirindən və fəsadlarından şəhid olub”, -deyə “Sepah” sözçüsü Ramazan Şərif dövlət televiziyasına açıqlamasında bəyan edib. 


“Sepah”ın daxili mənbələrinə istinad edən bəzi mənbələr isə Məhəmməd Hüseynzadə Hecazinin ölümünün səbəbi ilə bağlı yayılan bu kimi məlumatları rədd edərək, onun ölümünün səbəbi barədə tam başqa versiya irəli sürürlər.


Həmin mənbələrin dediyinə görə, bir neçə il əvvəl “Sepah”ın daxilində bir sıra məsələlərlə bağlı baş verən ciddi ixtilaflar, rəqabət və qarşıdurmalardan sonra “Sepah”ın Livandakı qüvvələrinin komandanı kimi bu ölkəyə göndərilən Məhəmməd Hüseynzadə Hecazi Livanda olduğu müddətdə tədricən İsrail kəşfiyyatı Mossad-la əlaqəyə girərək, onunla əmkdaşlıq edib, “Sepah”ın və İran rejiminin raket və nüvə fəaliyyətləri barədə bir sıra gizli məlumatları İsrail tərəfinə ötürüb. 


Qeyd edilir ki, Məhəmməd Hüseynzadə Hecazi bundan əvvəl İranda müxtəlif illərdə rejimə qarşı baş verən kütləvi etirazların zorla yatızdırılmasında və dinc etirazçılara qarşı həyata keçirilən qanlı repressiyalarda mühüm və əsaslı rol oynayan “Sepah” komandirlərindən biri kimi tanınırdı. O, həmçinin "Sepah"ın Bəşər Əsəd rejiminə dəstək verərək bu ölkədə Suriya xalqına qarşı geniş repressiyaların həyata keçirilməsində əsaslı rol oynayan "Sepah" komandirlərindən biri idi. 

محمد حجازی، جانشین فرمانده نیروی قدس سپاه کیست؟ - BBC News فارسی

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi

2021-05-08

gun az article

Şuşada yeni məktəb tikiləcək

2021-05-08

gun az article

Müdafiə Nazirliyindən Şuşa şəhəri ilə bağlı VİDEO

2021-05-08

gun az article

Müsavatın bir qrup üzvü Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyib

2021-05-08

gun az article

Azərbaycanda bir gündə 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub

2021-05-08

gun az article

Emin Əmrullayev: "Növbəti illərdə şagirdlərin sayı azalacaq"

2021-05-08

gun az article

Ərdoğan: "PUA-ların bütün silah-sursatını özümüz istehsal edirik"

2021-05-08

gun az article

Azad edilmiş ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək - Xidmət rəisi

2021-05-08

gun az article

Vətən Müharibəsində Şəhid olan hərbçilərimizin yeni SİYAHISI

2021-05-08

gun az article

Mehriban Əliyeva: "Bu gün Şuşa azaddır" - VİDEO

2021-05-08

gun az article

İşğaldan azad olunan Hadrut qəsəbəsi- VİDEO

2021-05-08

gun az article

İrandan Qarabağa qeyri-qanuni yük daşınmasını əks etdirən növbəti görüntü yayılıb - VİDEO

2021-05-08

gun az article

İranda koronavirusdan daha 283 nəfər ölüb, 13 576 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-08

gun az article

İranın Kürdüstan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib

2021-05-08

gun az article

Qərbin İran siyasəti dəyişə bilər: "Nüfuzlu amerikalı araşdırmaçıların gəldiyi nəticə çox önəmlidir"-RƏYLƏR

2021-05-08

gun az article

Xalq şairi Musa Yaqub doğulduğu kənddə dəfn olunub

2021-05-08

gun az article

Səfir: “Azərbaycanın dəstəyi sayəsində Gürcüstanda bir çox insanın həyatı xilas edilib”

2021-05-08

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: “Bəsic”in 2 üzvü öldürüldü

2021-05-08

gun az article

ANAMA: Füzulidə minatəmizləmə əməliyyatları davam etdirilir

2021-05-08

gun az article

Vətən müharibəsinin şəhidi Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilib

2021-05-08