"Sepah" Güney Azərbaycanda kampaniyaya başladı: Dini liderin yaxın çevrəsi seçici fəallığını artırmaq istəyir

2021-04-21 09:06

"Sepah" Güney Azərbaycanda seçici fəallığını artırmaq üçün kampaniyaya başlayıb. Bu barədə "Amerikanın Səsi" xəbər yayıb. 

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə,  İranın ali ruhani lideri Seyid Əli Xamneyiyə yaxın qüvvələr bu yolla iyun ayında keçiriləcək prezident seçkilərində Güney Azərbaycanda seçici fəallığını artırmaq istəyirlər. 

İslam İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah") və onun könüllü “Bəsic” qüvvələri "Twitter" və "Instragm"da türk və fars dillərində paylaşdıqları #Azərbaycan_Dayaqdır və #Təbriz_Öndədir kimi həştəqlər ilə səsverməyə qatılaraq İslam İnqilabına bağlılıqlarını nümayiş etdirəcəklərini bildiriblər.

 

“Azərbaycan_Dayaqdır” həştəqini paylaşan istifadəçilər Güney Azərbaycanda hökumətyönlü qüvvələrin təşkil etdiyi mitinqlərdə səsləndirilən “Azərbaycan oyaqdır, inqilaba dayaqdır” şüarına işarə edirlər.

#Azərbaycan_Dayaqdır haştaqını paylaşan Təbrizin mühafizəkar millət vəkili Ruhullah Mütəfəkkir Azad yazıb: "Qəhrəman Azərbaycan inqilabın bütün kritik dönəmlərində əsas və aparıcı rol oynadığı kimi inqilabın bu mərhəsində də yüksək əhval-ruhiyyə ilə seçkilərə qatılaraq namizədlərin ən yaxşısını seçəcək".

 

Kampaniyaya qatılan istifadəçilər arasında Mütəfəkkir Azad kimi həqiqi şəxslər olsa da, yüzlərlə saxta hesab və trollar da görünür.


Bu hesabların bir çoxunda “Türk qızı” və “Anam Azərbaycan” kimi türk fəalların istifadə etdiyi adlara oxşar istifadəçi adları seçilib.

 

Qeyd edək ki, İranda ancaq ali ruhani liderə bağlılıqlarını sübut etmiş siyasətçilər prezident seçkilərinə namizəd ola bilir. 

İslam Respublikasının ideyaları və ali dini liderə bağlı olduğuna şübhə ilə baxılan namizədlər Nigəhban Şurası (Konstitusiyanı Qoruma Şurası) tərəfindən diskvalifikasiya edilir. Bu durum İranın müxtəlif bölgələrində seçici aktivliyinin aşağı səviyyəyə düşməsinə yol açır.

 

Güney Azərbaycanda keçirilən məclis seçkilərində bəzi namizədlərin türk dilində təhsil məsələsini gündəmə gətirməsi seçici fəallığının artmasına səbəb ola bilir. Ancaq keçmiş illərdə türklər və digər qeyri-fars millətlərin yaşadığı bölgələrdə prezident seçkilərində iştirak səviyyəsi olduqca aşağı olub.


   
Qeyd edək ki, S.Ə.Xamneyinin “böyük uğur” adlandırdığı İranın son parlament seçkilərində seçici fəallığı 42.57 faiz olmuşdu. Bu da İran İslam Respublikası tarixində ən aşağı göstərici idi.

Prezident seçkilərində daha az iştirak gözlənildiyi üçün vətəndaşları seçkiyə cəlb etmək üçün müxtəlif siyasi manevrlər edilir.

 

Güney Azərbaycanda və İran siyasətində nüfuzlu şəxslərdən sayılan Məsud Pezeşkiyanın namizədliyini irəli sürməsi ölkə seçicilərinin, özəlliklə də ötən prezident seçkilərinə əhəmiyyət verməyən azərbaycanlıların aktivliyini artırmaq üçün atılan addımlardan biridir.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14