SON XƏBƏRLƏR

“Sepah” iki yaraqlı kürdü öldürdüyünü bildirib

2021.10.20, 07:36
“Sepah” iki yaraqlı kürdü öldürdüyünü bildirib

Gunaz.tv

GünazTV: İran İnqilab Keşikçiləri Korpusu (Sepah) avqustun 28-də bəyanat yayaraq, üzvlərindən birinin bir neçə gün əvvəl öldürülməsinə cavab olaraq iki kürdü qarşıdurmada öldürdüyünü bildirib.

 

“Sepah”ın “Həmzə Seyidüşşühəda” qərargahının yaydığı bəyanatda bildirilir ki, “Sepah” qüvvələri Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin kəndlərindən birində Kürdüstan Demokrat Partiyası peşmərgələrinə qəfil hücum edərək onlardan 2-sini yerindəcə öldürüblər. Bildirilir ki, baş verən qarşıdurmada həmin partiyaya üzv daha bir yaraqlı kürd  yaralanaraq ələ keçirilib.

 

Bəyanatda “öldürülən” kürdlərin kimliyi açıqlanmayıb. Kürdüstan Demokrat Partiyasının isə  “Sepah”ın həmin bəyanatına reaksiyası haqda hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, avqustun 26-sı axşam saatlarında Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində “Sepah” terror təşkilatının 1 üzvü naməlum şəxslərin silahlı hücumunda öldürülüb. Bu barədə Piranşəhr fərmandarı Əli Turabi jurnalistlərə açıqlama verib.

 

 

Naməlum yaraqlı kürdlər Piranşəhrin İstiqlal küçəsində “Sepah”çı Xalid Şvanəyə hücum edərək odlu silahdan bir neçə dəfə atəş açıblar. Atəş nəticəsində “Sepah”çı yerindəcə ölüb. Yaraqlı kürdlər isə hadisə yerindən qaçıblar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar