SON XƏBƏRLƏR

«SEPAH»ın 50 BRİQADASI ÖZÜ İDARƏ OLUNAN SİLAHLARLA TƏCHİZ EDİLİR

2021.10.20, 07:36
«SEPAH»ın 50 BRİQADASI ÖZÜ İDARƏ OLUNAN SİLAHLARLA TƏCHİZ EDİLİR

Gunaz.tv
2008-07-07 - 18:06:00 Mahmud Çaharbaği İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») quru qoşunlarında 50 artilleriya briqadası özü idarə olunan silahlarla təchiz edilməsinə başlanıb. Bunu iyulun 7-də «Sepah»ın quru qoşunlarının raket və ağır artilleriya üzrə komandanı, general Mahmud Çaharbaği bəyan edib. «Media forum» saytının məlumatına görə, general M.Çaharbaği «Sepah»ın istənilən xarici təcavüzə cavab verməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, özü idarə olunan müasir silahlar kiçik və hərəkətdə olan obyektləri hədəfə almağa qadirdir: «Bizim bütün silah, mərmi və raketlərimiz ölkəni qorumaq üçün hazır vəziyyətdədir». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar