SON XƏBƏRLƏR

“Sepah”ın baş komandanı: “Amerikalıların hətta “hərbi seçim masa üzərindədir” ifadəsini işlətməyə belə cürəti çatmır”

2021.10.20, 07:36
“Sepah”ın baş komandanı: “Amerikalıların hətta “hərbi seçim masa üzərindədir” ifadəsini işlətməyə belə cürəti çatmır”

Gunaz.tv

GünAzTV: “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri dekabrın 27-də Tehranda keçirilən bir tədbirdə çıxış edərək, İranın regional hərbi gücündən və Amerikanın islam respublikasına qarşı təhdidindən danışıb.

 

Cəfəri bildirib ki, hazırda bir çox amerikalı siyasətçilər, İranın regionda böyük hərbi gücə malik olduğunu etiraf edirlər: “Bu gün, Allahın köməkliyi ilə artıq heç bir fövqəldövlət, İran ərazisinə təcavüz etmək fikrini ağlına belə gətirə bilməz. Bu da ona görədir ki, düşmənlərimiz islam respublikası ilə hərbi qarşıdurma yaranmasından vahimələnir, çəkinirlər.

 

Hazırda Amerika dünyada əvvəlki güc və nüfuzunu itirməkdədir. Belə ki, bu gün əvvəllərdə olduğu kimi, amerikalıların hətta “hərbi seçim masa üzərindədir” ifadəsini işlətməyə belə cürəti çatmır”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar