SON XƏBƏRLƏR

“Sepah”ın baş komandanı: “Biz o qədər güclənmişik ki, düşmənlər bölgədə baş verən hər bir hadisəni bizə bağlamaq məcburiyyətində qalırlar”

2021.10.20, 07:36
“Sepah”ın baş komandanı: “Biz o qədər güclənmişik ki, düşmənlər bölgədə baş verən hər bir hadisəni bizə bağlamaq məcburiyyətində qalırlar”

Gunaz.tv

GünazTV: Sentyabrın 19-da İranın Şimali Xorasan əyalətinin kəndlərindən birində keçirilən bir tədbirə qatılan “Sepah”ın baş komandanı Hüseyn Səlami İranın hərbi gücündən və regionda baş verən olaylardan danışıb.

 

Öz çıxışında Səudiyyə Ərəbistanının neft təsisatlarına edilmiş dron hücumlarına eyham vuran Hüseyn Səlami deyib ki, “Sepah” xarici düşmənin ölkəyə nüfuz yollarını tamamilə bağlayıb: “Bu baxımdan biz tam əminik. Belə ki, bu gün bizim əsgərlər, bəsicilər və pasdarlar (“Sepah”çılar) ölkə sərhədlərində ayıq-sayıq təpənərək, açıq gözlərlə düşmənləri pusquda saxlayıblar.

 

Düşmənlərimiz istər böyük olsun, istərsə də kiçik, fərqi yoxdur. Biz onlardan qorxmuruq. Bu baxımdan nigaranlığımız da yoxdur. Çünki  qorxunu artıq geridə buraxmışıq. Bu gün biz o qədər güclənmişik ki, düşmənlərimiz bölgədə baş verən hər bir hadisəni yalandan da olsa bizə bağlamaq məcburiyyətində qalırlar. İran İslam Respublikasının gücü etibarlı gücdür və biz gecə-gündüz ayıq-sayıqlıqla ölkəni düşmənlərdən qoruyuruq” -deyə “Sepah”ın baş komandanı Hüseyn Səlami əlavə edib.   

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xurais neft təsisatlarında güclü yanğın baş verib, neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar